Əlaqə Arxiv
news Image
2014.04.17
12:20
| A A A
Obama Putini hədələdi
Əgər Moskva Ukraynada öz hərəkətlərinə son qoymasa, onu hökmən əlavə sanksiyalar gözləyir.

Əgər Moskva Ukraynada öz hərəkətlərinə son qoymasa, onu hökmən əlavə sanksiyalar gözləyir. Anspress-in məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama CBS telekanalının efirində bəyan edib. "Rusiya Krımı ilhaq etməklə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub. Hazırda isə Ukraynanın şərqində Rusiyaya meylli qüvvələri dəstəkləyir. Məhz Rusiyanın dəstəyi ilə separatçılar Ukraynada vəziyyəti gərginləşdirir. Rusiya Ukraynadakı hərəkətlərinə davam edəcəyi təqdirdə, yeni sanksiyalar tətbiq olunacaq", - deyə Obama bildirib. ABŞ prezidenti Ukrayna böhranının diplomatik yolla həllinin üstünlüyünü də bir daha vurğulayıb. "Rusiya Amerika ilə qarşıdurmada maraqlı deyil, biz də münaqişə tərəfdarı deyilik. Sadəcə biz əlimizdən gələni edirik ki, Ukrayna kimi dövlətlər öz coğrafi qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşasın".


Sizin Reklam Yeriniz