Əlaqə Arxiv
news Image
2012.06.22
13:47
| A A A
Lavrovdan Suriya xəbərdarlığı
Movqe.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov xaricdən edilə biləcək hər hansı hərbi müdaxilənin daxili qarşıdurmalara gətirib çıxaracağını, xüsusilə də kürd problemi yarada biləcəyini söyləyib. "RT"yə xüsusi açıqlama verən Lavrov: "Suriya çox millətli və çox dinli bir ölkədir. Suriyanın etnik və dini birlikləri digər ölkələrdəki qohum tayfaları ilə yaxın əlaqədədir. Suriyadakı hadisələr Livandan da təsirsiz ötüşməyib. Artıq etnik birliklər arasında qarşıdurmalar və anlaşılmazlıqlar yaşanır və bütün bunlar bölgəni əhatə etməyə başlayıb. Kürdlərin problemi ola bilər. Kürdlər Suriya, Türkiyə, İraq və digər ölkələrdə də yaşayır. Xristianların da problemi ola bilər. Xristianlar Misirdə şiddətə məruz qalır. Bu çox təhlükəli haldır. Onlar orada əsrlər boyu yaşayıb, yaşayır və bu tarazlığın pozulması faciəyə gətirib çıxara bilər" xəbərdarlığını edib.
Sizin Reklam Yeriniz