Əlaqə Arxiv
news Image
2012.06.22
19:55
| A A A
Rusiyadan Sərt Suriya Çıxışı: embarqoya tabe olmarıq

Movqe.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Suriyaya hücum vertolyotu daşıyan Rusiya gəmisinin İngiltərənin təzyiqi ilə geri dönmək məcburiyyətində qalmasına sərt reaksiya verərək, Moskvanın, AB-nin Suriyaya tətbiq etdiyi embarqoya uymayacağını söyləyib.

Lavrov, "Moskvanın Ekosu" radiosundakı açıqlamasında, İngilis sığorta şirkətinin təminatı çəkmə qərarının, "İngilis sığorta sisteminin etibarsızlığını" göstərdiyini ifadə edib.

Gəminin hava müdafiə etmə sistemlərini və təmir edilən 3 vertolyotu daşıdığını deyən Lavrov, bunları bildirib: "Qərb mediasının Rus gəmisi ilə əlaqədar reaksiyası müəyyən bir kampaniyanın tərkib hissəsidir. Bunun çox da əxlaqlı bir kampaniya olmadığını deməliyəm. Suriyaya döyüş gəmisi göndəririk. Biz ictimaiyyətə Suriya ilə imzaladığımız silah satışı müqaviləsini həyata keçirdiyimizi açıqladıq. Bu silahlar tamamilə müdafiə məqsədlidir və əksəriyyəti hava müdafiə etmə sistemləridir. Bunlar xalqa qarşı istifadə edilə bilməz. Yalnız xarici hücumlara qarşı istifadə edilməsi mümkündür".

Lavrov, bu günlərdə müzakirə edilən gəminin, hava müdafiə etmə sistemləri daşıdığını bildirərək, "Gəmidə 2008-ci ildəki müqaviləyə görə təmir edilən 3 vertolyot var. Bunlar Sovetlər dövründən Suriyaya verilən vertolyotlar" - deyə danışıb.

"SURİYA XALQI QƏRAR VERMƏLİDİR"

Suriya lideri Bəşər Əsədin vəzifədən getməsi ilə bağlı xəbərləri necə deyərləndirdiyi soruşulan Lavrov, "Özlərini kimin idarə edəcəyinə və necə yaşayacaklarına Suriya xalqı qərar verməlidir. Xarici güclər ölkədəki bütün gücləri masaya oturdub gelecekleriyle əlaqədar müzakirələrə başlamasını təmin etməlidir" - dedi.

"MÜDAXİLƏ FƏLAKƏT OLAR"

Lavrov, bir başqa suala cavabda Suriyaya müdaxilənin bölgə üçün fəlakət olacağını qeyd edib:

"Suriya çox sayda etnik və dini qrupların bir yerdə yaşadığı ölkədir. Burdakı dini qrupların başqa ölkələrlə də bağlılığı var. Livan artıq Suriyadakı hadisələrdən təsirlənməyə başlayıb. Burada etnik qruplar arasında ortaya çıxa biləcək qarşıdurmalar bütün bölgəyə yayıla bilər. Məsələn Kürd problemi. Kürdlər həm Suriyada, həm Türkiyədə, həm İraqda, həm də digər ölkələrdə yaşayırlar".

Sizin Reklam Yeriniz