Əlaqə Arxiv
news Image
2012.06.25
11:17
| A A A
İran səfiri Bakıya qayıtdı

İranın Azərbaycan səfiri öz vəzifəsinin icrasına davam edir. Bu haqda xəbər verən Tehran Times yazır ki, səfir Muhəmməd Baqir Bəhrami cümə günü Bakıya qayıdıb.
May ayında Azərbaycan və İran arasındakı münasibətlər gərginləşmişdi. Bakıdakı İran səfirliyi qarşısında bir-birinin ardınca etiraz aksiyaları keçirilirdi.
Tehran Times yazır ki, mayın 11-də Bakıda İran səfriliyi qarşısında keçirilən aksiyada İranın müqəddəs dini dəyərlərinin alçaldılması və yüksək rütbəli rəsmilərin ünvanına səslənən təhqirlərə etiraz olaraq səfir Bahrami mayın 21-də məsləhətləşmələr üçün Bakıdan Tehrana çağırılmışdı. Mayın 22-də isə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər nazirliyinə çağırılmışdı.

Qeyd edək ki, Məhəmmədbağır Bəhrami ötən ayın sonlarında məsləhətləşmələr üçün Tehrana çağırılmışdı.

Sizin Reklam Yeriniz