Əlaqə Arxiv
news Image
2012.06.25
14:02
| A A A
Gözlər NATO və ABŞ-a dikilib

Movqe.Az xəbər verir ki, Cümə günü Suriyanınbir türk əsgəri kəşfiyat təyyarəsini salmasından sonra Ankara açıqlama verib. Təkcə Türkiyə əhalisinin deyil, beynəlxalq ictimaiyyətin də marağına səbəb olan TRT-nin canlı efirində sualları cavablandıran Türkiyə Xarici işlər Naziri Əhməd Davudoğlu, "təyyarə beynəlxalq hava sahəsində vurulub və biz bunun kadrlarını seyr etmişik" söyləyib.

Davudoğlu xüsusən də təyyarənin yerinə yetirdiyi işlə bağlı da danışıb: "Çox dəqiq şəkildə vurğulamaq istəyirəm, təyyarəmizin vəzifəsi belə olub. Bu Şərq Aralıq dənizidəki milli radarlardakı son vəziyyətin yoxlanılması və və təlim məqsədli bir uçuşdur. Yəni, Suriyanın bu an yaşadığı böhranla əlaqədar hər hansı bir missiya, hər hansı bir vəzifə icraatı yoxdur."

Digər tərəfdən NATO, Türkiyənin çağırışıyla çərşənbə axşamı toplanma qərarına gəlib. türkiyə-Suriya arasındakı böhran bu gün Avropa Birliyi Xarici işlər Nazirlərinin Lüksemburqdakı yığıncağında da müzakirə ediləcək. Ankara dünən ayrıca Suriyanın İstanbuldakı Konsulluğu vasitəsilə Şam rəhbərliyinə diplomatik nota verib.

Sizin Reklam Yeriniz