Əlaqə Arxiv
news Image
2014.04.30
09:00
| A A A
Nurçularla bağlı iddialar səngimir
Elşən Mustafayev: “Söylənilənlər sadəcə, bizim kimi insanların fərdi fikirləridir, faktlar deyil” Elşən Manafov: “Bütün hallarda bu məsələlərə qanun, hakimiyyət, xüsusi xidmət orqanları aydınlıq gətirməlidir”

Nurçularla bağlı ortaya atılan iddialar hələ də səngimir. Yenə də mediada bəzi məmurların adı nurçuluqda hallanır. Eyni zamanda nurçuluğun sadə vətəndaşlar arasında yayılmasına cəhdlər göstərilməsi də birəmnalı həqiqətdir.

Məsələni şəh edən politoloq Elşən Mustafayev bildirdi ki, Azərbaycan mətbuatında illərdir bu və ya digər dini cərəyana xidmət edən şəxslərin olması barədə məlumatlar var: "Təəccüblü olan odur ki, onların adları indi çəkilir. Heç vaxt onlara indiki kimi reaksiya olmayıb. İddia olunur ki, Türkiyədə baş verən hadisələri onlar edirlər. Hətta Türkiyənin baş naziri dünyanın hər yerində onlarla mübarizə aparacağına söz verib. Sözünə də əməl edir. Ola bilər ki, Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında bu istiqamətdə söhbətlər aparılıb. Ancaq biz bunu bilmirik. Ona görə də konkret kimisə ittiham edə bilmərik. Ancaq hələlik Azərbacyanda nurçuluğa görə kiminsə həbs olunduğu faktı yoxdur. Ona görə də hələlik nə baş verdiyi bilmirik. Söylənilənlər sadəcə, bizim kimi insanların fərdi fikirləridir, faktlar deyil".

Digər politoloq Elşən Manafov bildirdi ki, ilk növbədə nurçuluğun bir təriqət olaraq dünyəvi dövlət quruculuğu ilə bağlı proseslərə nə kimi təhlükə edə bilməsinə aydınlıq gətirmək lazımdır: "Bu məsələyə birinci hakimiyyət, ondan sonra hüquq-mühafizə orqanları aydınlıq gətirməlidirlər. Müstəqil medianın iddiasına görə, Azərbaycan hakimiyyətində nurçularla bağlı müəyyən məmurlar var. Azərbaycan məbuatında bir çox məmurların nurçularla bağlı olması haqqında məlumatlar olur. Lakin onun nə dərəcədə həqiqəti əks etdirəmsi bəlli deyil.

Bütün hallarda bu məsələlərə qanun, hakimiyyət, xüsusi xidmət orqanları aydınlıq gətirməlidir ki, nurçuluq doğurdanmı dövlətçiliyimiz üçün təhlükədir?".

Sizin Reklam Yeriniz