Əlaqə Arxiv
news Image
2014.05.02
11:27
| A A A
“Azərbaycan sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”
ABŞ senatoru Kelli Ayot ölkə rəhbərliyinə minnətdarlığını bildirib

ABŞ-Azərbaycan əlaqələrini təkcə təhlükəsizliyin təmin olunması sahəsində deyil, digər sahələrdə də genişləndirmək üçün böyük imkanlar vardır. Bu fikri "ABŞ-Azərbaycan: gələcəyə baxış" forumunda iştirak edən Nyu-Hempşir ştatından senator və Senatın Silahlı qüvvələr komitəsinin üzvü Kelli Ayot səsləndirib. O, Əfqanıstanda və İraqda Azərbaycan hərbçilərinin göstərdikləri dəstəyə görə ABŞ hökuməti adından Azərbaycana minnətdarlığını bildirib. Senator Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rola görə də rəsmi Bakıya minnətdarlığını bildirib.


"Biz Avropanın daha çox dəstəklənməsi üçün Azərbaycanda təbii resursların hasilatı sahəsində əməkdaşlığın daha da genişləndiyini görmək istərdik".


ABŞ Senatının Silahlı qüvvələr komitəsinin sədri K.Ayot bildirdi ki, Azərbaycan qlobal təhlükəsizliyinin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. ABŞ və Azərbaycan arasında bu sahədə sıx əməkdaşlıq vardır. 


"Region ölkələrinin suverenliyinin, o cümlədən Azərbaycanın suverenliyinin qorunub saxlanılmasını təmin etmək üçün birlikdə işləməyimiz çox əhəmiyyətlidir".

Sizin Reklam Yeriniz