Əlaqə Arxiv
news Image
2012.06.26
16:36
| A A A
Bu gün Portuqaliyanın xarici işlər naziri Kabral Portasın Azərbaycana səfəri başlayır
Bu gün Portuqaliya Respublikasının Dövlət Naziri və Xarici İşlər Naziri Paulo Sakadura Kabral Portas Azərbaycana rəsmi səfərə gəlir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, üç gün davam edəcək səfər zamanı Paulo Sakadura Kabral Portas Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovla görüşəcək. Portuqaliyanın xarici işlər naziri iyunun 28-də səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.
 
Sizin Reklam Yeriniz