Əlaqə Arxiv
news Image
2014.05.06
10:27
| A A A
Qarabağ münaqişəsinin həlli üçün unikal şans
ABŞ və Rusiya bu problemlə bağlı mühüm razılığa gələ bilər

Ukraynada məlum hadisələrin Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə dair Qərbdə yeni olduqca vacib rəy formalaşdırıb. İstər Avropada, istərsə ABŞ-da daha açıq etiraf olunur ki, Qarabağ konfliktinin çözümü sürətləndirilməlidir. Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" forumunda çıxışı zamanı bu məsələyə növbəti dəfə toxunan ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu xüsusda maraqlı fikirlər səsləndirmişdi: "Ukraynada baş verən hadisələr oyun qaydalarının dəyişməsi anlamına gəlir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünün lehinə səs verən bir neçə postsovet ölkələrindən biri olub. Ukraynadakı vəziyyət həm də Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini nümayiş etdirir. Bu münaqişə regionda heç bir tərəfə üstünlük verməyən qeyri-sabitlik yaradır".Yaranmış vəziyyəti şərh edən amerikalı professor Brenda Şaffer Dağlıq Qarabağ münaqisi ilə "Foreign Affairs" jurnalında yazısında qeyd edir ki, mayın əvvəllərində Barak Obama administrasiyası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə xüsusi səy göstərəcək. Şaffer bu səylərin ilk olmadığını və son da olmayacağını qeyd edir. Onun sözlərinə görə, Krımın Rusiya tərəfindən zəbt edilməsindən sonra ABŞ-ın uzun müddətdir ki, həll olunmayan münaqişəni həll etməkdə daha istəkli görünür. O bildirir ki, Dağlıq Qarabağ münaqişəsi regionda qeyri-stabil vəziyyəti saxlamaq üçün Moskvanın əlində bir vasitədir: "Bu münaqişə bir tərəfdən zəmanət verir ki, Ermənistan Rusiya qoşunlarından getməməyi xahiş edəcək. Rusiyaya bazası Ermənistanda qalmalı olacaq və Moskva Ermənistana Qərbdən uzaq durması üçün təzyiq göstərə biləcək. Münaqişəni həll etmək üçün göstərilən səylər ona görə müvəffəqiyyətlə nəticələnmədi ki, ABŞ münaqişəni uzadan Rusiyanın roluna diqqət vermədən Ermənistan və Azərbaycan prezidentlərini "öz xalqlarını sülhə hazırlamır" deyərək tənqid edirdi. Minsk qrupunun həmsədrləri də ötən illər liderləri razılaşmadığına görə qınayırdılar. Onlar iki cəmiyyət arasında əlaqələrin qurulması üçün milyonlarla dollar xərclədilər, amma heç vaxt strategiyanı formalaşdırmadılar. Krım hadisəsinə qədər Vaşinqton Moskvanın regionda təzyiq vasitəsi olaraq etnik münaqişələrdən istifadə etməsi faktını tanımırdı. Rusiya Gürcüstan və Ukraynada hərbi gücdən istifadə etdi, həmçinin seçkilər və vətəndaş cəmiyyətlərindən istifadə etməklə (Azərbaycan, Gürcüstan və Latviya) öz hədəflərinə nail olmaq istəyirdi. Qərb buna qarşı durmalıdır".

Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlar müvəffəqiyyətli ola biləcəyinə gəlincə, Şaffer hesab edir ki, Krımdakı qələbədən ruhlanan Putin kompromisə getməyə bilər: "Obama administrasiyasındakı bəziləri bununla razı deyil. Onlar iddia edirlər ki, Putin Qərblə Rusiyanın münasibətlərini normallaşdırmaq istəyir və Cənubi Qafqazda güzəşt edilə bilər".Hərhalad şübhə yoxdur ki, ABŞ Qarabağ məsələsində Rusiyanın güzəştə gedib-getməyəcəyini yoxlamağa çalışacaq. Əgər Kreml güzşətə gedərsə, bu, Qarabağ kofnlifktinin çözümündə unikal bir şansın yaranmasına gətirib çıxara bilər. Hər halda sirr deyil ki, Qarabağ münaqişəsinin dinc yolla həlli həm ABŞ Rusiyanın gələ biləcəkləri razılıqdan asılıdır. Düzdür, Krımın Rusiyaya birləşdirilməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və ABŞ arasında özünü göstərən soyuq münasibətlər tərəflərin razılığının asan olmayacağıın göstərir. Lakin Ukrayna hadisələri fonunda Rusiyanın Qarabağ məsələsində güzəştə getməsi Moskva ilə Vaşinqtonun münasibətlərini yaxşılaşdıra bilər. Bunu Kremldə yaxşı başa düşürlər. Qərb is əən azından öz enenrji təhlükəsizliyi baxımından Azərbaycanın sabit inkişafınad maraqlıdır. Qarabağ münaqişəsinə görə Qərb ölkəmizin ciddi təhdidlə üzləşməsini istəmir. Bu mənada ABŞ Rusiya razılığı Qarabağ konfliktinin həllini qeyd olunduğu kimi sürətləndirə bilər.ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin isəbəzən ermənipərəst mövqe nümayiş etdirməsi, Amerika Erməni Milli Komitəsinin (ANCA) nümayəndələri ilə görüşü isəhər halda ABŞ-ın siyasətini müəyyən etmir. Hesab olunur ki, ABŞ maraq göstərsə, onda həqiqətən Rusiya iəl razılıq şəraitində dinc yolla Qarabağ probleminin həllinə nail olmaq olar.Ceyms Uorlikin bağlı olaraq isə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qeyd edib ki, ABŞ-ın missiyası neytral broker olmaqdan və hər şeyi öz adı ilə çağırmaqdan ibarətdir: "ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öz vasitəçilik missiyasını yerinə yetirərkən faktlara əsaslanmalı və faktlarla işləməli, hər şeyi öz adı ilə çağırmalıdır".XİN rəsmisi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə dair faktlar bütün dünya ictimaiyyətinə məlumdur: "Bu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirilməsidir.Məlum olduğu kimi, beynəlxalq təşkilatların qətnamələri Ermənistanı işğalçılıq siyasətinə görə ittiham edir. Lakin təəssüf ki, Ermənistan beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlərə və qərarlara məhəl qoymayaraq öz işğalçılıq siyasətini davam etdirir". E.Abdullayev ümid etdiyini bildirib ki, ABŞ erməni lobbisinin şantaj və təzyiqlərinin qarşısında dura biləcək.

Sizin Reklam Yeriniz