Əlaqə Arxiv
news Image
2014.05.06
11:31
| A A A
İlham Əliyevin Gürcüstana səfəri başladı
Prezident "2014 Tiflis sammiti"ndə iştirak edəcək

Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri başlayıb. 


Anspress-in Gürcüstana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, prezident işgüzar səfəri çərçivəsində Tiflisdə ilk olaraq Heydər Əliyev adına parka baş çəkib. 


Ümummilli liderin abidəsi önünə gül əklilləri qoyub. Ölkə başçısı daha sonra Azərbaycanın görkəmli dramaturqu Mirzə Fətəli Axundov adına müzeylə tanış olub. Burdan sonra İlham Əliyevin Tiflisdəki Azərbaycan Səfirlik Kompleksi ilə də tanış olacağı gözlənilir. Prezident daha sonra isə Socar Georgia-ın inzibati binasına baş çəkəcək. 


Günün ikinci yarısında İlham Əliyev Gürcüstan və Türkiyə prezidentləri ilə birgə "2014 Tiflis sammiti"ndə iştirak edəcək.

Sizin Reklam Yeriniz