Merkel və Hollande AB zirvə görüşündən əvvəl bir araya gəldi
Movqe.Az "Euronews"a istinadən bildirir ki,
Avropa Birliyi liderləri Avro Bölgəsini sarsıdan borc krizini
müzakirə etmək üçün Brükseldə görüşməyə hazırlaşırlar. Kritik zirvə
görüşü əvvəli Almaniyanın Baş naziri Ancela Merkel Fransa
Prezidenti François Hollande ilə Parisdəki "Elysee" Sarayında bir
araya gəliblər. İki lider iqtisadi inkişafın canlandırılması üçün
investisiyaların artırılması və maliyyə büdcə intizamının təmin
edilməsi mövzusundakı fərqli baxışları aradan qaldırmağa
çalışıblar. Hollande, Avro təhvili çıxardılmasını istəyərkən,
iqtisadi inkişafın canlandırılması üçün investisiyaların
artırılmasına prioritet verilməsinin lazım olduğu fikirindədir.
Merkel isə maliyyə büdcə intizamını təmin etmək üçün xərclərin
qətiliklə aşağı salınmasının lazım olduğuna inanır. Ancela Merkel,
Alman Parlamentində etdiyi çıxışında borc krizini dərhal sona
çatdıracaq sehirli bir düsturun olmadığını söyləyib.
Avropa Birliyinə üzv olan 27 ölkənin hökumət və dövlət başçıları Brükseldəki liderlərin zirvə görüşündə bir araya gələcək.