Əlaqə Arxiv
news Image
2012.06.28
12:05
| A A A
Xəstə olsa da həbs olunacaq

Movqe.az xəbər verir ki, Norveç Səhiyyə Nazirliyinin qərarı ilə Breivikin qaldığı Oslodakı həbsxana yeni psixiatr kabineti inşa edir. Qərar mərhələsinə gələn hakimlər məhkəmə tərəfindən təyin olunmuş vəkilin də iddia etdiyi kimi Breivikin psixoloji narahatlığı olsa belə həddindən artıq sağçı qatil həbsə girməkdən canını qurtara bilməyəcək. Məhkəmə Breivik haqqındakı qərarını 24 avqustda açıqlayacaq. Ötən həftə baş tutan son məhkəmədə  prokuror Svein Holden Breivikin ağlının yerində olmadığını söyləyərək "əsrin qatili"nin psixi dispanserə yatırılmasını istəmişdi. Xatırladaq ki, Avropada İslama qarşı döyüş çağırışında olan "Norveçli qatil" Breivik  hücumları özünün təşkil etdiyini etiraf edib, ancaq bunun bir cinayət olmadığını söyləyib. Breivik  22 İyul günü əvvəl Osloda təşkil etdiyi bombalı hücumda səkkiz adamı öldürüb; sonra isə Ütoya adasında iqtidaryönlü  İşçi Partiyasının gənclik düşərgəsini basaraq 69 adamı qətl edib.

Sizin Reklam Yeriniz