Əlaqə Arxiv
news Image
2012.06.29
11:53
| A A A
Klinton Rusiyada, gündəm Suriya

Movqe.az xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klinton Rusiyanın mədəniyyət mərkəzi hesab edilən Sant Petersburqa gəlib. Pulkova hava limanında Sant Petersburq qubernatoru Oleq Markov tərəfindən qarşılanan Klinton  şəhərdə təşkil edilən bir sıra fəaliyyətlərdə iştirak edəcək. Leninqradın müdafiəsində iştirak etmiş əsgərlərin xatirəsinə ucaldılan abidə qarşısına çələng qoyan Klinton Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Cenevrədə şənbə günü keçiriləcək Suriya konfransı öncəsi bir araya gələcək Klinton və Lavrov Rusiya ilə ABŞ böhranının həllinə yönəlmiş fikirləri müzakirə edəcək. Klinton və Lavrovun ikitərəfli əlaqələr ilə yanaşı İran nüvə problemini də əhatə edən məsələləri müzakirə edəcəyi gözlənilir.

Sizin Reklam Yeriniz