Əlaqə Arxiv
news Image
2012.06.29
18:26
| A A A
Bəşər Əsəd: "Hərbi müdaxilə gözləmirəm"

Movqe.az xəbər verir ki, Türkiyə ilə Suriya arasındakı böhranın böyüdüyü bir zamanda Suriyanın dövlət başçısı Bəşər Əsəd ölkəsinə hərbi müdaxilə gözləmədiyini söyləyib. Getdikcə beynəlxalq sahədə sıxışdırılan Əsəd ona şərtsiz dəstək verən İranın dövlət televiziyasına danışıb. Bəşər Əsəd, Birləşmiş Millətlər Təşkilatı-Ərəb Birliyinin Suriyanın xüsusi nümayəndəsi Kofi Annanın sülh planını dəstəklədiklərini müdafiə edib: "Bəli, bu yaxşı bir plandır. Planı qəbul etdik çünki buna inanırıq. Xüsusilə, ölkədəki zorakılığı sona çatdırmaqla əlaqədar olan hissəyə inanırıq. Bizim üçün bu, terrorist qrupların cinayət hərəkətlərini sona çatdırmaq və qruplara dəstək verən ölkələrin silah, pul yardımının qarşısını almaqdır. Təbii ki, Annanın planı hazırki an üçün hələ təsirlidir və gələcəkdə də təsirli olacaq. "

Suriya Dövlət Başçısı çıxışında, xarici gücləri terrorist olaraq xarakterizə etdiyi müxaliflərə dəstək verməklə təqsirləndirib. Sabah Cenevrədə Suriya mövzusu ilə əlaqədar keçiriləcək yığıncağa Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvünü ilə bərabər Türkiyə, Qatar və İraq da dəvət edilib.

Sizin Reklam Yeriniz