Əlaqə Arxiv
news Image
2012.06.30
13:58
| A A A
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların ləng getməsindən narahatıq”
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan arasında aparılan danışıqların ləng getməsindən narahatıq”. APA-nın xəbərinə görə, bunu Avropa Birliyi (AB) Şurasının prezidenti Herman Van Rompey regiona səfəri ərəfəsində "Armenpress"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, son günlər Ermənistan-Azərbaycan sərhədində və iki ölkənin silahlı qüvvələrinin təmas xəttində baş verən zorakı insidentlər haqqında məlumatlardan həyəcanlanıb: "Faciəvi və lüzumsuz insan itkiləri ilə bağlı başsağlığı verirəm".
Herman Van Rompey qeyd edib ki, bu münaqişəni hərbi gücdən istifadə etməklə həll etmək mümkün deyil: "Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli Avropa və Asiya arasındakı qapıların tam və stabil dəyişikliyinə gətirib çıxara bilər".
O, AB-nin ATƏT-in Minsk Qrupuna münaqişənin həllində kömək göstərmək niyyətini təsdiqləyib: "Amma razılaşma əldə olunmasının məsuliyyəti Ermənistan və Azərbaycanın üzərindədir. Avropa Birliyi dəfələrlə ATƏT-in Minsk Qrupunun işinə kömək edəcək etimad mühitinin yaradılmasına yardım etməyə hazır olduğunu bəyan edib". 
Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi və tərəfləri AB-nin xüsusi nümayəndəsini Dağlıq Qarabağa buraxmağa çağıran qətnamə ilə bağlı sualı cavablandıran Herman Van Rompey deyib ki, bu sənəd heç bir formada Dağlıq Qarabağın tanınması anlamına gəlmir.
Sizin Reklam Yeriniz