Əlaqə Arxiv
news Image
2014.06.20
12:24
| A A A
Qənirə Paşayeva cəbhədəki erməni təxribatından yazıb

Millət vəkili Qənirə Paşayeva Tovuzun Əlibəyli kəndinin atəşə tutulmasından danışıb. Q.Paşayeva bu barədə Facebook profilində yazıb. 

O, ordumuzun atəşkəsi pozan düşmənə layiqli cavab verdiyini qeyd edib:


"Ermənistan silahlı qüvvələri yenə də özlərinin insanlıqdan kənar əməllərindən əl çəkməyərək millət vəkili olduğum Tovuz rayonunun sərhəd kəndlərini yenə də atəşə tutub. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb, yaralanıb. Ənayət xanım dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərlə tez-tez danışıram. Çox şükür ki, həkimlər Ənayət xanımın vəziyyətinin getdikcə müsbətə doğru getdiyini və sağalacağını,bir neçə günə övladlarının yanına, evinə qayıda biləcəyini deyirlər. Ənayət xanımdan və bütün ön cəbhə kəndlərinin sakinlərindən və ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizdən dualarınızı əksik etməyin".


Millət vəkili hərbiçilərlə də danışdıdığını deyib. "Amma təssüf ki, məhz mülkü insanları silahlarla hədəfə almaq kimi çirkli xislətdən Ermənistan əl çəkənə oxşamır. Sakinlər beynəlxalq təşkilatlardan artıq bu istiqamətdə sərt münasibət ortaya qoymasını gözləyir . İnanmasalar da beynəlxalq təşkilatlara artıq haqsızlığın deyil, ədalətin yanında olun deyə səslənirlər".


Sizin Reklam Yeriniz