Əlaqə Arxiv
news Image
2014.07.03
08:32
| A A A
İŞİD bataqlığına yuvarlanan soydaşlarımız
İlham İsmayıl: “Suriya döyüşlərində iştirak edənlər indi də İŞİD-ə qoşulublar” Şəmsəddin Əliyev: “Maariflənmə tədbirləri həyata keçirmək, dini nihilizmi aradan qaldırımaq lazımdır”

Suriyanın vəhhabi bəlası indi də "İraq Şam İslam Dövləti" ilə (İŞİD) İraqda canlar almaqdadır. Artıq dünyanın bir çox ölkələrindən gənclərin İŞİD-ə qoşulması barədə real faktlar var. Məsələn, məlumatlara görə, İŞİD-də Fransadan 700, İngilteərədən 400, Rusiyadan 800, Türkiyədən 400, Avstryadan 150, Kosovo və Hollandiyadan 120, Danimarkadan 100, Almaniya və ABŞ-dan 70, İspaniyadan 51, Norveçdən 50, Kanada, Finlandiya, İrlandaiya və İsveçdən 30-a yaxın silahlı var. Təşkilata qoşulanlar sırasında azərbaycanlı gənclərin olduğu da sirr deyil.

Xatırladaq ki, Suriya hadisələrindən sonra qanunverciliyə edilən dəyişikliyə görə, xaricdə döyüşməyə gedən şəxslərin 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulsa da, görünür, ideoloji və digər maraq güclü olduğundan İŞİD-ə qoşulanlar tapılır. Növbəti məzhəb döyüşlərinin harada baş qaldıracağı bilinməsə də, indiki proseslər göstərir ki, bundan sonra da təhlükəli cəəryanlara qoşulan gənclərin meydaan çıxması istisna edilmir.

Mütəxəssislər boşluğu ölkəmizdəki ənənəvi dinin təbliğatın zəifliyində görürürlər. Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl bildirdi ki, İŞİD-in ətrafında 12-13 min nəfərlik qoşunun əsasını legionerlər təşkil edir: "Onların arasında az sayda azərbaycanlılar da var. Suriya döyüşlərində iştirak edənlər indi də İŞİD-ə qoşulublar. Onlar eyni insanlardır. Suriyada sağ qalanlar həmin dəstədə vuruşurlar. Azərbaycan qanunverciliyində boşluq yoxdur. Ölkəni tərk edənləri sorğu-sual etmirik. İŞİD-ə gedənlər də bunu açıq-aşkar demirlər. Gedənlər də əsasən dini ideolgiyaya görə gedirlər. Çünki, Azərbaycanda sələfilərin radikal təkfirçi rolu mövcuddur. Bundan başqa, maliyyə məsələləri də var. Sadəcə, dövlətin bu məsələyə nəzarəti güclü olmalıdır. Çünki, həmin insanlar təhlükə mənbəyidir. Onların ora necə getdiyini müəyyənləşirmək lazımdır. Təkbaşına getmirlər, şəbəkələri mövcuddur. Ayrı-ayrı şəxslərin təşkilatçılığı altında kifayət qədər məxfi işləyirlər. Onların vasitəsi ilə gedirlər. Türkiyəyə gedib oradan İraqa qoşulmaq çətin deyil. Türkiyənin İŞİD-ə münasibətində olan loyallıq imkan verir ki, Türkiyə vasitəsi ilə İŞİD-ə qoşulsunlar. Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin maarifləndirmə sahəsində işlərinin yetrəli olmamasının nəticəsidir ki, belə təhlükələr baş verir. Qapalı dövlət olmadığımız üçün bunun kökünü də kəsmək mümkün deyil. Dövlətin əsas vəzifəsi həmin insanlara nəzarət edib, onların cinayət yoluna qədəm qoymamış profilaktik tədbirlər görüb qarşısını almaqdır".

"Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev hesab edir ki, gənclər bu məsələnin mahiyyətinə varmadan ora getməsi dini nihilizmin bəlasıdır: "Onsuz da sərhədlərimizin bərpası ilə bağlı kifayət qədər canlı qüvvəyə ehtiyacımız var. Nə vaxtsa həmin qüvvələrdən istifadə olunacaq. Amma yad ölkənin Konstitusion quruluşunun əleyhinə döyüşmək həmin dövlətin Cinayət Məcəlləsində cinayət əməlidir. İştirakları əgər sübut olunsa, dövlət bizdən həmin insanları tələb edə bilər. Digər tərəfdən onlar muzdla da gedirlər. Amma hər bir halda belə əməl Azərbaycan vətəndaşına layiq hal deyil. Burada həm dini, həm də vətəndaşlığın təbliğatı vacibdir. Maariflənmə tədbirləri həyata keçirmək, dini nihilizmi aradan qaldırımaq lazımdır. Mediada belə əməllərin nə qədər aşağılayıcı olması barədə təbliğata yer ayrılsa, bir o qədər hadisələrin qarşısı alına bilər".

Şəmsəddin Əliyev hesab edir ki, cəzaları da sərtləşdirmək lazımdır: "Quranda buyurulur ki, qisasda sizin üçün həyat var. Yəni, qətlə qarşı qətl! Amma biz bu gün ölüm hökmünü aradan qaldırmışıq. Cəzanın sərtliyində qeyri-adi nəsə axtarmayaq. Quranda var ki, oğurluğa görə əl kəsirlər. Bu gün qanunlarımıza, ölkənin imicinə ziyan gətirə bilən addım atılırsa, burada cəza sərt olmalıdır. Cinayət qanunverciliyində xəbərdarlıq etmək yaramaz. Onda o cinayət qanunvericiliyi sayıla bilməz. İnzabiti xətada xəbərdarlıq olunur, tənbeh olunur, cərimə olunur. Amma cinayət qanunvercilyində cəza nə qədər sərt olarsa, bir o qədər də vətəndaşalara "dur" mesajı verilir. Yəni, cəza, dövlətin vətəndaşın etdiyi anticəmiyyət davranışına qarşı adekvat reaksiyasıdır. Vətəndaşlığın dövlətlə siyasi, hüququ bağlılığı var. Bu bağlılıq dövlət və vətəndaş üçün vəzifələr qoyur. Vəzifələr yerinə yetirilmirsə, hər iki tərəf üçün məsuliyyət yaranır. Yəni, cəzanın sərtliyinə ehtiyac var".

Sizin Reklam Yeriniz