Əlaqə Arxiv
news Image
2014.07.08
19:10
| A A A
Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo daha təhlükəli hal alır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo getdikcə daha təhlükəli hal alır. Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

Amerikalı həmsədr qeyd edib: "Dağlıq Qarabağ münaqişəsində sülh istiqamətində növbəti addımları müzakirə etmək məqsədilə ATƏT-in həmsədrləri ilə görüşmək üçün bu gün Vaşinqtonu tərk edirəm".

C.Uorlik görüşün vaxtı və yeri barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), Fransadan olan yeni həmsədr Pyer Andryö və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 31-də Azərbaycanda səfərdə olublar. Azərbaycan rəhbərliyi ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz