Əlaqə Arxiv
news Image
2014.07.10
14:46
| A A A
“Azərbaycanda biznesin inkişafı üçün bütün imkanlar və perspektivlər var"

"Bir çox ölkələrdə korrupsiya və bürokratik əngəllərlə bağlı bizə şikayətlər daxil olur, amma Azərbaycanla bağlı vəziyyət qənaətbəxşdir. Bizim buradakı iş adamlarımızın ciddi narazılıqları yoxdur".


Bunu Böyük Britaniyanın Bakıda səfərdə olan enerji məsələləri üzrə naziri Mayk Fallon deyib.


M.Fallon qeyd edib ki, Azərbaycana sərmayə yatırmış Böyük Britaniya şirkətlərinin normal fəaliyyət göstərməsi üçün yaxşı işgüzar şərait var: "Britaniyalı iş adamları burdakı fəaliyyətlərindən məmnundurlar. Azərbaycanda biznesin inkişafı üçün bütün imkanlar və perspektivlər var. Mən elə bir ciddi narazılığa və şikayətə rast gəlmədim. Əksinə, iş adamlarımız burda öz bizneslərini daha da inkişaf etdirmək və daha çox sərmayə yatırmaq arzusundadırlar".


Britaniyalı nazir əlavə edib ki, onun səfəri, keçirəcəyi görüşlər də bu istiqamətdə əməkdaşlığın və əlaqələrin genişlənməsinə hesablanıb: "İş adamlarımızın Azərbaycana sərmayə qoymasını və qanunlar çərçivəsində bu ölkənin iqtisadi inkişafına dəstək göstərməsini prioritet məsələlərdən hesab edirik. Yalnız enerji sektorunda yox, digər sahələrdə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək lazımdır". apa.az

Sizin Reklam Yeriniz