Əlaqə Arxiv
news Image
2012.04.08
01:04
| A A A
Vəhdət Partiyası yeni
“Ən azından ona görə ki, onlar əvvəlcədən öz gücsüzlüklərini bilərək...”

Vəhdət Partiyasının sədri yeni "beşlik" formatının heç bir nəticəyə nail olmayacağını düşünür. "Çünki həmin partiyaların hamısı vaxtilə iqtidarda təmsil olunublar. Ən azı, növbə ilə AMİP, AXCP, Müsavat parlamentdə oturaraq bir-birilərini ittiham ediblər. Belə səmimi birliyi olmayan, bir-birini ittiham vəziyyətində olan bu partiyaların rəhbərliyinin hansı birliyi alına bilər? Hansı sosial baza onları müdafiə edər?" - bu barədə Trend-ə açıqlamasında partiya sədri Tahir Kərimli deyib. Onun sözlərinə görə, bu, inamsızlıq şəraitində bu birliklərin özlərinə müəyyən toxtaqlıq verməkdən başqa, özlərini təsdiq etmək arzusundan başqa bir şey deyil və müxalifətin real mərkəzinə çevrilə bilməyəcək.

Başqa siyasi təşkilatların bu beş partiyanın bir araya gəlməsinə qısqanclıqla yanaşmasına təəssüfləndiyini deyən AMİP-in baş katibi Arzuxan Əlizadə isə onların məsələyə başqa prizmadan yanaşmasını təbii hal hesab edir. "Ən azından ona görə ki, onlar əvvəlcədən öz gücsüzlüklərini bilərək, hər hansı bir formatda təmsil olunmayacaqlarını bilərək bu cür münasibət bildirirlər", - Arzuxan Əlizadə deyib.

Qeyd edək ki, ötən həftə müxalifət partiyaları yeni formatda görüş keçirib. "Beşlik" formatında keçirilən görüşdə ADP sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu və AMİP sədri Yusif Bağırzadə iştirak edib. Bu cür görüşlərin ayda ən azı iki dəfə keçirilməsi qərara alınıb. 

Sizin Reklam Yeriniz