Əlaqə Arxiv
news Image
2012.04.08
01:11
| A A A
Rusiyanın mövqeyi dəyişməzdir
“Həmsədrlərin mövqeyi də, bizim fəaliyyətimiz də hər iki tərəfin maraqlarına cavab verəcək həlli tapmaq zərurətinə söykənir”

Dinc yolla həll edilməli olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın mövqeyi dəyişməzdir. Bunu RF XİN rəhbəri Sergey Lavrov bəyan edib. "Bütün aydınlığı və dəqiqliyi ilə təsdiqləmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində bizim mövqeyimizdə heç bir dəyişiklik baş verməyib. Bizim mövqeyimiz həmsədrlərin hazırladıqları prinsipial yanaşmalara söykənir", - Lavrov deyib. "Həmsədrlərin mövqeyi də, bizim fəaliyyətimiz də hər iki tərəfin maraqlarına cavab verəcək həlli tapmaq zərurətinə söykənir", - XİN rəhbəri qeyd edib. Onun sözlərinə görə, RF-nin mövqeyi nizamlanmanın üç əsas prinsipinə eyni münasibətə əsaslanır, yəni məhz ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiqindən imtina. "Bu prinsiplərin heç birinin üstünlüyü yoxdur", - nazir deyib.

Sizin Reklam Yeriniz