Əlaqə Arxiv
news Image
2014.07.18
08:30
| A A A
Müxalifətdə yeni parçalanmalar başladı
Zahid Oruc: “Bu şəkildə yanaşma özü də sübut edir ki, onlar özləri xeyli dərəcədə prinsipsizlik göstərirlər”

Azərbaycan Xalq Cəbhəsi hərəkatının (AXC) 25 illik yubleyi radikal müxalifəti həm də bir-birilərinə müxalif olduğunu bir daha sübut etdi. Sevinc və kədərlərini bölüşməyən Müsavat, AXCP, KXCP yubiley mərasimini fərqli məkanlarda, fərqli zamanda keçirdilər. Bu ayrılığı isə yenə də bir-birilərinə yönəlmiş ittihamlarla izah etməyə çalışdılar. Bununla yanaşı, Əbülfəz Elçibəyi özlərinə lider elan edən bu qüvvələr elə eks-prezidentin vəfatı günü də Fəxri Xiyabana ayrı-ayrılıqda getmişdilər. Eyni siyasi kursu daşıdıqlarını iddia edən, lakin şəxsi maraqları daha önəmli sayan müxalifət bu fondagetdikcə daha da zəyifləyir. Yaranmış durumda qarşıdan gələn bələdiyyə seçkilərində pərakəndə vəziyyətə düşmüş müxalifətin yenə də sarsıdıcı məğlubiyyətlə üzləşəcəyi qaçılmaz görünür.

Yaranmış durumu şərh edən millət vəkili Zahid Oruc bildirir ki, nə milli ideyalar, nə hansısa keçmiş tarix, nə də vahid bir hərəkatdan çıxma ideoloji prinsipləri bu qüvvələri birləşdirmək gücündə deyil: "Faktiki olaraq, Azərbaycan Xalq Cəbhəsinin müxtəlif ünvanlarda keçirilən yubileyləri daha artıq dərəcədə həmin dövrün mirasına sahiblənmək niyyətidir. Bu və ya digər formada Sovetlət İttifaqının dağılmasından sonra bu qüvvənin milli azadlıq mübarizəsinə hansısa şəkildə qatqısı olub. Bu, Azərbaycanın bir müstəqillik tarixidir. Lakin təcrübəsizlik və başqa amillərinə görə cəmiyyət də onların məhz o dövrkü tarixinin üzərinə getmir. Yəni, söhbət 1989-cu ildən, milli oyanışın ilk dövrlərindən gedir. Belə olan təqdirdə bu cür yubiley mərasimləri ilə sanki o dövrün tarixindən pay umurlar. Özlərinə hər hansısa bir xal qazanmağa çalışrlar. Amma əvəzində sanki cinayətlərə, məsuliyyətsizliyə, səriştəsizliyə də sahib çıxmaq istəmirlər. Belə olmur ki! Tarix özünün bütöv facisi ilə də, uğuları ilə də onlarındır. Bu şəkildə yanaşma özü də sübut edir ki, onlar özləri xeyli dərəcədə prinsipsizlik göstərirlər. Başqa tərəfdən Azərbaycan Xalq Cəbhəsi adına iddia edən çoxlu qüvvə var. Hüquqi və siyasi varislik məsələsində uzun illər ərzində çəkişmənin tarixi hər kəsə bəllidir. Əbülfəz Elçibəyi bir ideoloji, siyasi məktəb müəllifi kimi sayanlar yenə də məhdud yanaşmanı sərgiləyirlər. Axı, xalq hərəkatında, meydan mübarizəsində ideya sahibi kimi mövqe tutmaq bir ayrıdır, real idarəetmə qüvvəsinə çevriləndə atılan addımların, verilən qərarların millət üçün doğurduğu nəticələr başqa bir məsələdir. Sonuncu daha çox önəmlidir. Alim nəyisə kitab şəklində ortalığa qoya bilər. Ancaq onu reallaşdırmaq məsələsində çox böyük qüsurlara yol açılırsa, deməli, biz onu bütöv qiymətləndirməliyik. Ona görə də Elçibəy adına iddia edənlərin bəziləri müsbət, bəziləri mənfi tərəfləri göstərirlərsə, bu, parçalanmanı, ziddiyyətləri sübut edir. Ona görə də bu yubileyi birləşdirici yox, ayrıcı tədbir hesab etmək olar".

Parçalanma fonunda müxalifətin bələdiyyə seçkilərindəki vəziyyətini şərh edən Zahid Oruc bildirdi ki, ötən dövr ərzində bələdiyyələrin strukturlaşması, cəmiyyət həyatına daxil olması üçün ilkin işlər görülsə də bu məsələlər hələ başa çatdırılmayıb: "Yəni, Avropa dövlətlərindən fərqli olaraq bizdə bu məsələ hələ ki yeni inkişaf etməkdədir. Səlahiyyət bölgüsü, mülkiyyət, əmlak, idarəçilik, və s. kimi problemləri hələ də yaşamaqdayıq. Eyni zamanda bizdə bələdiyyələr hakimyyət məsələsini həll etmir. Yəni, Türkiyədə keçirilən bələdiyyə seçkilərinə yanaşma və onun cəmiyyətdə doğurduğu reaksiyalar, gələcək parlament seçkilərinə təsirini hər kəs bilir. Ən mühüm analitik siyasi mərkəzlər, müxtəlif tədqiqat institutları bunu dəyərləndirirlər ki, əksər hallarda o seçkilərdə uğur qazananlar sonradan daha böyük seçkiləri də qazanırlar. Bizdə hazırki dönəmdə bələdiyyələrdə hakim partiyanın təmsilçiləri üstünlük təşkil edir. 2014-cü ilin sonuna doğru bu prosesin hansısa fərqli qüvvələrin güc nisbətində ortaya çıxacağını gözləmirik. Müxtəlif qüvvələrin təmsilçilərinin çox olması mümkündür. Açıq demək lazımdır ki, müxalif qüvvələrin bələdiyyə seçkilərində hər hansı bir uğur qazanması tamamilə qeyri-realdır. Çünki, onlar siyasi klubdurlar. Paytaxt məkanında, bəzən də elə qəzetdə mövcuddurlar. Ucqarlara getdikcə həmin partiyaların varlığı haqqında vətəndaşlarda ən ibtidai informasiyalar belə yoxdur. Həmin partiyaların bələdiyyə seçkilərində hansısa kənddə resurs ilə iştirak etməsi, mühüm ideoloji ilə işlərini, dəstəklənən platforma qurması tamamilə qeyri-realdır. Ölkənin keçdiyi inkişaf yolu var. İnsanlar da məhz o kursun fonunda hansısa problemlərin həllinə inanırlar. Ona görə bu seçkilər yenə də iqtidar partiyasının çox böyük üstünlyü əsasında başa çatacaq".

Sizin Reklam Yeriniz