Əlaqə Arxiv
news Image
2014.07.23
13:34
| A A A
Əli Həsənovdan həmsədrlərə sərt tənqid -"etimadı ermənilərə öyrətsinlər"

"Biz tam əminik ki, ölkə prezidentimiz işğal edilən torpaqlarımızla bağlı problemi də həll edəcək. Bizim xalq qonşuya nankorluq edə bilməz. Bizə etimaddan danışan ATƏT-in Minsk Qrupuna üzv və həmsədrlər dövlətlərin nümayəndələri etimad sözünü bizə öyrətməsinlər. Azərbaycan xalqı tarixən qonşularla etimad şəraitində yaşayıb". 


Məlumata görə, bunu baş nazirin müavini, qaçqınların və məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Əli Həsənov deyib. 


O, ATƏT-in Minsk Qrupunun fəaliyyətini itirdiyini söyləyib. Nazir müavini ATƏT həmsədrlərinə etimadı ermənilərə öyrətməyi məsləhət görüb. "Onlar 3-4 ildən bir bir termin söz atırlar ortaya və ili baş vururlar. Biz onlara inanmırıq. Demək olar ki, ATƏT-in Minsk qrupu fəaliyyətini itirib". 

(Anspress)

Sizin Reklam Yeriniz