Qusarda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə FHN-nin helikopteri cəlb olunub
Bu gün Qusarın Zuxul və Yuxarı Tahircal
kəndləri istiqamətində dağlıq ərazidə kol-kos yanması müşahidə
olunur.APA-nın FHN-nin rəsmi
saytına istinadən yaydığı məlumata görə, yanğının söndürülməsinə
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin
müvafiq qüvvə və vasitələri və aviasiya dəstəsinin 1 ədəd
helikopteri cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi və meşə
zolağına keçməsinin qarşısının alınması üçün zəruri tədbirlər
görülür.