Əlaqə Arxiv
news Image
2012.07.10
15:40
| A A A
Vestervelle Misirə gedib

Movqe.az xəbər verir ki, Almaniya xarici işlər naziri Quido Vestervelle Misirin yeni prezidenti Məhəmməd Mursini ziyarət etmək üçün dünən axşam Qahirəyə yola düşüb. Qahirəyə çatdıqdan qısa müddət sonra Misirli həmkarı Məhəmməd Kamil Amr ilə görüşən Vestervelle bu gün Mursi tərəfindən qəbul ediləcək. Almaniyalı nazir Misirin yeni prezidenti ilə görüşən ilk Qərbli nazir olacaq. Vestervelle Hüsnü Mübarək rejiminin devrilməsindən sonra da Misiri ziyarət etmiş və ölkədəki islahatçı qüvvələri simvolik olaraq dəstəkləmişdi.

Sizin Reklam Yeriniz