Ukrayna böhranının fonunda Putin dünyaya göstərmək istəyirdi ki, Qafqaza, xüsusən Azərbaycan və Ermənistan prezidentlərinə digər ölkələrdən fərqli olaraq daha real təsir rıçaqları var".Movqe.az xəbər verir ki, bu açıqlama ilə erməni deputat Xaçatur Kokobelyan çıxış edib.O, bunun üçün ən yaxşı sübut kimi Minsk Qrupu üzvlərinin və Fransa Prezidenti Ollandın ölkə başçılarının görüşünü təşkil edə bilməməsini göstərib:"Rusiya Soçidə göstərmək istəyirdi ki, Qafqazdakı situasiya şəxsən ondan asılıdır. Azərbaycanın Rusiyadan aldığı silah muzey eksponatı kimi saxlanılmayacaq. Lazım olan məqamda ondan da istifadə ediləcək. Fikirləşirəm ki, beynəlxalq aləmlə yanaşı, bizim də Rusiyanın Azərbaycana bu miqyasda silah satmasının qarşısının alınması ilə bağlı gördüyümüz tədbirlərin nəticəsiz qalmasından hamı xəbərdardır".