Əlaqə Arxiv
news Image
2014.09.04
12:10
| A A A
İŞİD-i yaradanlar bəlli oldu

Kuba inqilabının lideri Fidel Kastro ciddi ittihamlarla çıxış edib.Bu günlərdə NATO-nu faşist təşkilat adlandıran Kuba inqilabının lideri Fidel Kastro indi də İraq və Şam İslam Dövlətini (İŞİD) yaradanlar barədə qalmaqallı açıqlama verib. O, bildirib ki, İŞİD-i İsrail və ABŞ yaradıb. Movqe.az xəbər verir ki, bu barədə "MIGnews.com" saytı xəbər yayıb.

88 yaşlı siyasətçi deyib ki, mən əminəm ki, Yaxın Şərqdə İŞİD kimi təşkilatın yaranmasının əsas səbəbkarı İsrail və ABŞ-dır.

Onun sözlərinə görə, İsrail Kəşfiyyat Xidməti MOSSAD ABŞ senatoru Con Makkeynlə əlaqəyə girərək İŞİD-i yaradıblar.

Əfsanəvi Fidel Kastro, həmçinin Ukraynada baş verən hadisələrə də münasibət bildirib.

Bu dəfə də NATO haqqında kəskin ifadələr səsləndirən təcrübəli siyasətçi deyib ki, bir çox insanlar NATO-nun Avropadan olan təmsilçilərinin bəyanatların eşidəndə təəccüb edirlər. Onlar düşüncə tərzinə və özünü ifadə manerasına görə nasistləri xatırladırlar.

Sizin Reklam Yeriniz