Əlaqə Arxiv
news Image
2014.09.08
11:30
| A A A
ABŞ İŞİD-ə daha beş hava hücumu təşkil edib

Amerikan döyüş təyyarələri İraqda yerləşən Hadisə anbarı ətrafındakı İŞİD hədəflərinə 5 yeni hava hücumu təşkil edib.

Movqe.az xəbər verir ki, ABŞ Mərkəz Qüvvələri Komandirliyindən (CENTCOM) verilən açıqlamada Amerikan hərbi təyyarələri tərəfindən həyata keçirilən hücumlarda İŞİD-ə aid "humvee" tipli avtomobil, ikisi zenit silahı daşıyan olmaqla 4 silahlı avtomobilin məhv edildiyi bildirilib.

Əməliyyatda iştirak edən bütün təyyarələrin daha sonra bölgədən təhlükəsiz şəkildə uzaqlaşdığı qeyd edilib.

Qeyd edək ki, CENTCOM ABŞ ordusunun İraq daxilində bu günə qədər 143 hava hücumu təşkil etdiyini bildirib.

Sizin Reklam Yeriniz