Əlaqə Arxiv
news Image
2014.09.09
08:48
| A A A
Dünya yeni nüvə müharibəsi astanasında
Birinci nüvə zərbəsinin Varşavaya endirilməsi daha çox ehtimal edilir

Ukraynada bir neçə aydır davam edən vətəndaş müharibəsində atəşkəsə nail olunsa da, Rusiya və Qərb arasnda qarşılıqlı sanksiyalar savaşı getdikcə daha kəskin xarakter alır. Bu isə dünya üçün iki müstəvidə ciddi təhdid yaradır. Əvvəla, tərəflərin qarşılıqlı sanksiyası dünya iqtisadiyyatını yeni böhrana düçar etmək iqtidarındadır. Artıq bəllidir ki, Avropa Birliyinin rəsmi Moskvaya qarşı tətbiq etməyə hazrılşadığı yeni sanksiyalar siyahısına Rusiyanın neft və müdafiə sənayesi şirkətlərinin də adları salınıb. ABŞ-ın "Wall Street Journal" AB-dəki mənbəsinə istinadən xəbər yayıb ki, sanksiya siyahısına Rusiyanın "Rosneft", "Qazpromneft", "Transneft", "Oboromprom" və "Uralvaqonzavod" şirkətləri daxil edilib. Sanksiyalar bundan ibarət olacaq ki, adıçəkilən şirkətlər Qərb ölkələrinin banklarında heç bir maliyyə işləri həyata keçirə bilməyəcək. Bundan başqa, yeni sanksiyalar paketində nəzərdə tutulub ki, bir sıra AB ölkələrinə "Kalaşnikov" silahlarının idxalı qadağan edilsin. Yeni sanksiyalar paketinin tətbiq olunması Ukraynanın şərqində münaqişənin sülh yolu ilə həllinin uğurundan asılıdır. 5 sentyabrda qüvvəyə minmiş atəşin dayandırılması haqda razılığa baxmayaraq, Ukraynanın şərqindən Ukrayna ordusunun mövqelərinin atəşə tutulduğu barədə məlumatlar daxil olur.

Rusiya baş naziri Dmitri Medvedyev bəyan edib ki, rəsmi Moskva AB-nin istənilən sanksiyasına qarşı cavab verəcək. Medvedyev "Vedomosti" qəzetinə müsahibəsində deyib ki, Moskva asimmetrik tədbirlərlə, məsələn aviauçuşların Rusiya ərazisindən həyata keçirilməsinə qadağa qoymaqla cavab verməyə məcbur olacaq: "Yeni sanksiyalar olacaqmı, bunu avropalılardan soruşmaq lazımdır. Amma əgər energetika, bizim maliyyə sektorumuza gələcək məhdudlaşdırmalarla bağlı sanksiyalar tətbiq ediləcəksə, biz asimmetrik cavab verməli olacağıq". Rusiya Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, bu qərarların bir hissəsi artıq hökümətin iclasında müzakirə olunub: "Məsələn, nəqliyyat sahəsində məhdudiyyətlər. Biz müttəfiqlərlə dostluq münasibətlərindən çıxış edərək Rusiya səmasını uçuşlara açıq etmişik. Amma əgər bizi məhdudlaşdırırlarsa, biz cavab verməli olacağıq".

Qərb və Rusiya arasında böhranın digr bir fəsadı iəs yeni nüvə müharibəsinin başlana biləəcyi ilə bağlıdır. "Foreign Policy" nəşrinin əməkdaşı və bir neçə kitabın müəllifi Cefri Teyler yazır ki, Ukraynanın şərqində artan münaqişə Rusiyanın Mərkəzi və Şərqi Avropa ölkələrinə nöqtəvi nüvə hücumları ilə başa çata bilər. Onun fikrincə, birinci zərbə Varşavaya endirilməsi daha çox ehtimal edilir. Çünki ruslar artıq Polşa paytaxtına nüvə hücumunun təqlidini ediblər. Daha sonra isə Litvanın paytaxtı Vilnüsun vurula biləcəyi deyilir: "Mən deyə bilmərəm ki, bütün bunlar nəyi bildirir. Amma Qərblə Rusiya arasında artan gərginlik yaxşı heç nə vəd etmir. Barak Obama Ağ Evə nüvə silahlarının sayını azaltmaq ümidi ilə gəldi. Deyəsən, Rusiya ölümcül nüvə arsenalını artıraraq buna icazə verməyəcək. Moskva Strateji Tədqiqatlar Mərkəzinin keçmiş direktoru, "BBC World Service"nin siyasi şərhçisi, Rusiya prezidentinin tənqidçilərindən olan Andrey Piontkovski hesab edir ki, nüvə silahından istfiadə real ola bilər. Onun fikrincə, Putin Qərblə qarşıdurmadan qalib çıxmaq, bir zərbə ilə NATO-nu məhv etmək üçün, eləcə də ABŞ-ın hegemonluğuna və qlobal sülhün himyədar kimi etibarına son qoymaq üçün nüvə silahına əl ata bilər. Rusiya liderinin son fitnəkar bəyanatlarını nəzərə alsaq, Piontkovskinin ssenarisi tamamilə ehtimal olunandır".

Bu günlərdə Moskvada "Gənclər forumu"nda çıxış edən Rusiya prezidenti Vladimir Putin dünyaya xatırlatdı ki, Rusiya ən güclü nüvə dövlətlərindən biridir: "Bu realdır, bu yalnız sözlər deyil". Bundan daha bir neçə gün əvvəl - 14 avqust tarixində "Yalta konfransı"nda çıxış edən Rusiya prezidenti bildirdi ki, Qərbi nüvə silahları ilə bağlı veriləcək yeni qərarlara təəccübləndirməyi planlaşdırır.

Andrey Piontkovski isə Rusiyadakı düşərgənin mövqeyindən bəhs edir: "Sülh partiyası" adlandırılan birinci düşərgə nüfuzlu beyin mərkəzlərində yüksək postları tutan şəxslərdən ibarətdir. Onlardan biri Ali İqtisadiyyat Məktəbinin müdiri Sergey Karaqanovdir. O, Putini Ukraynada qələbəsini elan etməyə və bununla da münaqişəyə son qoymağa çağırır.Putinə təzyiqin ikinci düşərgəsi "Müharibə partiyası" adlanır. Onlar hesab edir ki, NATO-nun silahlı qüvvələrinin güclənməsi Rusiyanın iqtisadi və elmi-texniki zəifliyi ilə başa çatacaq. Yəni, qarşıdurma Rusiya üçün faciə ilə bitəcək. Bu halda isə Putinin yalnız bir seçimi var: nüvə hücumu. Məlumdur ki, bu sivilizasiyanın sonu, eyni zamanda Rusiyanın intiharı demək olacaq".

Sizin Reklam Yeriniz