Əlaqə Arxiv
news Image
2012.07.15
14:25
| A A A
İkinci dəfə seçilmək üçün 100 milyon dollar xərclədi
Movqe.Az bildirir ki, ABŞ Prezidenti Obama bu ilin noyabr ayında keçiriləcək prezidentlik seçkilərində ikinci dəfə eyni vəzifəyə gələ bilmək üçün icra etdiyi kampaniya daxilində bu ana qədər təxminən 100 milyon dollar xərcləyib.

Mətbuat xərclərini və digər qaynaqları izləyən quruluşlara görə, kampaniya strategiyası çərçivəsində Obamanın reklam xərclərinin beşdə biri, Respublikaçı Partiyanın namizədi Mitt Romneyin ən çox əhəmiyyət verdiyi əyalətlərdən biri olan Ohioda edilib. Ölkə daxilindəki səs nisbəti yerinə əyalətlərdəki üstünlüyün başçısı təyin etdiyi seçki üçün, Obama Ohiodan sonra reklam kampaniyası çoxluğunu Floridaya verərkən, üçüncü sırada isə Vircinia əyaləti iştirak edib. Obamanın reklam strategiyasının dörddə üçü, Romneyin strategiyalarını tənqid etməyə söykənir. Romneyin televiziya reklamlarına etdiyi xərclər isə Obamanın xərclərinin dörddə birini təşkil edir. Obamanın nümayiş olunan son reklamında Romneyin vergi artımıyla əlaqədar siyasətləri tənqid olunub.         

Sizin Reklam Yeriniz