Əlaqə Arxiv
news Image
2014.09.18
16:06
| A A A
İlham Əliyev Monteneqronun baş nazirini qəbul edib

Movqe.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 18-də Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Əvvəlcə təkbətək görüş olub.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, bank sektoru, turizm, təhsil və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb.

 

Sonra görüş geniş tərkibdə davam etdirilib.

 

Prezident İ. Əliyev Azərbaycanla Monteneqro arasında ikitərəfli dostluq münasibətlərin müxtəlif sahələri əhatə etməsindən və dinamik inkişafından məmnunluğunu ifadə edib.

 

Əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunan dövlət başçısı ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən prezident Monteneqronun baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

 

Öz növbəsində, M. Cukanoviç Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayıb.


Sizin Reklam Yeriniz