Əlaqə Arxiv
news Image
2014.10.08
11:25
| A A A
Gülnisə Məhsimova Azərbaycan Kommunist Partiyası sıralarından xaric edildi

7 oktyabr 2014 -cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilmişdir. Plenumda 2014 - cü ilin dekabr ayında Respublikada keçiriləcək bələdiyyə seçkilərində Azərbaycan Kommunist Partiyası tərəfindən namizədliyi irəli sürüləcək yoldaşların siyahısı təsdiq edilmişdir. Partiyadan movqe.az-a verilən məlumata görə, daha sonra Plenum 01 noyabr 2014 -cü ildə Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçiriləcək KPİ-Sov. İKP nin XXXV qurultayına AKP- nın Respublikada fəaliyyətdə olan rayon və şəhər təşkilatlarından seçilmiş nümayəndələrin tərkibini və o cümlədən qurultayda KPİ-Sov. İKP - nin rəhbər orqanlarına seiləcək yoldaşların namizədliyini geniş müzakirə edərək təsdiq etmişdir. Plenumda təşkilatı məsələyədə baxılmışdır. Antipartiya fəaliyyəti ilə məşğul olduğuna, yoldaşlar arasında ədavət, qarşıdurma yaratmağa cəhd göstərdiyinə, kommunistə yaraşmayan hərəkətlərə yol verərək təxribatçılıqla məşğul oduğuna görə, AKP MK - nın plenumu ilk partiya təşkilatının qərarına müvafiq olaraq, Məhsimova Gülnisə Əlisoltan qızını Azərbaycan Kommunist Partiyasını sıralarından xaric etmişdir. AKP MK -nın sədri Rauf Qurbanov tədbirdə geniş mərizə ilə çıxış edərək, Azərbaycan kommunistlərinin qarşısında duran əsas vəzifələrin istiqamətlərini, kommunist yoldaşlar arasında dostluq və mehribançılıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini, partiya daxili demokratiyanın inkişaf etdirilməsi və demokratik mərkəziyyət prinsiplərinə ciddi riayət olunmasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Natiq çıxışında qeyd etmişdir ki, birlik harda var, güc də ordadır. Məruzə ətrafında AKP MK sədrinin müavini F. Rəşidov, AKP Lerik RK-nin birinci katibi Q.Əliyev, AKP Şəmkir RK-nin birinci katibi S. Tağıyev, AKP Qadınlar şurasının sədri M. Həsənova, AKP Gədəbəy RK -nin birinci katibi R.Hüseynov, ASZİ MK sədri A. Şiriyev, AKP MK üzvüləri R. Süleymanov, F. Hüseyinov, H. Rəhimov, Y. Əlirzayev, N. Əsgərov, AKP MNTK - nın sədri Ə. Bağırov və digər yoldaşlar çıxış etmişlər. Bununla da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsini plenumu öz işini yekunlaşdırmışdır.

Sizin Reklam Yeriniz