Əlaqə Arxiv
news Image
2014.10.14
08:05
| A A A
Düşmən ölkədə hakimiyyət devrilir
Parçalanmış hakim koalisiya etiraz aksiyalarının qarşısını almaqda acizlik nümayiş etdirir

Düşmən ölkədə cərəyan edən son hadisələr burada mövcud hakimiyyətin devrilmə ehtimalının reallığa çox yaxın olduğunu göstərir. Hadisələrin real inkişafı bu qənaətə gəlməyə əsas verir ki, xalq tərəfindən dəstək alan müxalifət bu gedişlə prezident Serj Sarkisyanı vaxtından əvvəl istefaya göndərə bilər. Xalqın sosial vəziyyətinin dözülməz həddə çatması, insanların maddi rifah halının durmadan pisləşməsi isə müxalif düşərgəyə verilən dəstəin artması ilə müşayiət olunmaqdadır.

Oktyabrın 10-da on minlərlə insanın qatıldığı etiraz aksiyası isə müxaliftəin hakim düşərgəyə güc mesajı kimi dəyərləndirilir. Hakimiyyətin yaratdığı maneələr fonunda mitinqdə iştirakçı sayının çoxluğu da iqtidar düşərgəsində narahatlıq yaradıb. Digər tərəfdən, mitinqin rəhbərliyində imkanlı oliqarx, hakim koalisyada yer alan "Çiçəklənən Ermənistan" partiyasının lideri Haqik Çarukyan da yer alıb. Bu isə hakim koalisyanın parçalanması, Serj Sarkisyanın mövqelərinin daha da zəifləməsi deməkdir. Qeyd edək ki, .Çarukyan Ermənistanın digər eks-prezidenti, Qarabağ klanının liderlərindən Robert Köçəryanın biznes ortağı və siyasi müttəfiqidir. İndiki vəziyyət isə ondan xəbər verir ki, artıq Köçəryan da Sarkisyanın devrilməsində maraqlıdır. Artıq sirr deyil ki, Köçəryan da Sarkisyanın hakimiyyətindən narazıdır və vaxtaşırı olaraq onu tənqid edir. Çarukyanın də baş nazir Ovik Abramyanın qudasıdır. Lakin indi bu şəxsin müxalifətin tərəfiən keçməsi Ermənistanda hakimiyyət təmsilçilərinə mühüm psixoloji təsir göstərəcək və müxalifətə qoşulanların sayını artıracaq. Bütün bunlar fonunda isə on minlərlə aksiyaçı İrəvanın mərkəzi küçələri ilə yürüş edərək "Serjik, get!" şüarı səsləndiriblər. Onların önündə erməni mətbuatında "möhtəşəm üçlük" adı verilən keçmiş prezident Levon Ter-Petrosyan, ölkənin ən iri oliqarxı hesab edilən Haqik Çarukyan və prezidentliyə keçmiş namizəd Raffi Ovanisyan gedibilər. Aksiyaçılar qarşısında çıxış edən Levon Ter-Petrosyan deyib ki, Serj Sarkisyanın rejimi özünü tamamilə tükədib və bu, artıq xarici qüvvələr üçün də aydındır. Onun sözlərinə görə, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün ən əlverişli məqamdır. Ter-Petrosyan əmindir ki, Sarkisyanın hakimiyyəti təcrid olunub, hətta beynəlxalq ictimaiyyət də ondan üz döndərib, xalqın səbri daşmaq üzrədir, müxalifət isə heç vaxt olmayan qədər birlikdədir. Başqa sözlə, hakimiyyətin dəyişməsi üçün bütün şərtlər var: "Əgər bu, baş verməyəcəksə, Ermənistanın gələcəyi sual altında olacaq. Biz ultimatum irəli sürmürük. Bu gün mitinqdə "Serjik, get!" şüarı dedilər. Heç bu da ultimatum deyil, xoş arzudur". Keçmiş prezident hakimiyyət dəyişikliyinin "mərhələli", yoxsa "paket" halında olacağını müxalif üçlüyün liderlərinin gələn mitinqdə elan edəcəyini deyib.

Prezidentliyə keçmiş namizəd Raffi Ovanisyan da hakimiyyət dəyişikliyi üçün heç vaxt olmayan imkanın yarandığını deyib. Onun sözlərinə görə, müxalif qüvvələr yekun məqsədə çatana qədər partiya maraqlarını arxa plana keçiriblər. R.Ovanisyan Serj Sarkisyanın Avrasiya İttifaqına üzvlük üçün Minskdə atdığı imzanın ölkənin suverenliyini məhdudlaşdıracağını deyib və onun legitim prezident olmadığını, bu səbəbdən imzalarının da legitim hesab edilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, ötən ilki seçkilərdə Sarkisyan hakimiyyəti xalqdan oğurlayıb.

"İrs" Partiyasının parlament fraksiyasının rəhbəri Rubik Akopyan isə çıxışında deyib ki, hakimiyyətin siyasəti bütün istiqamətlərdə iflasa uğrayıb. Onun sözlərinə görə, yaranmış situasiyadan çıxış yolu hakimiyyəti dəyişməkdir və bu gün hakimiyyət dəyişikliyi tamamilə realdır.

Ekspertlərin fikrincə, əslində, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı qərar qəbul edilmə dövründə ölkə müxalifətinin mitinq təyin etməsi kifayət qədər riskli addım idi. Amma mitinqin təşkilatçısı olan "üçlük" keçirdikləri mitinqin antirusiya və ya antiavrasiya mahiyyətli olmadığının izahını Rusiyaya veriblər və Rusiyanı buna inandıra biliblər. Bu isə Sarksiyanın devrilməsinə Moskvada da göz yumulacağını istisna etmir. Beləliklə, son proseslər artıq Ermənistanda hakimiyyət dəyişikliynə start verildiyini göstərir.

Sizin Reklam Yeriniz