Əlaqə Arxiv
news Image
2014.10.14
08:17
| A A A
Qarabağ münaqişəsi çözülməyə başladı
Oktyabrın 10-dan sonra problemin həlli istiqamətində yeni proseslər cərəyan etməkdədir

Azərbaycanın uğurlu diplomatik gedişləri öz məntiqi nəticəsini verdi. Ermənistan yenə də Dağlıq Qarabağ münaqişəsilə bağlı diplomatik, siyasi müstəvidə Azərbaycana böyük fərqlə uduzdu. Söhbət bu ölkənin Avrasiya İqtisadi İttifaqına Azərbaycanın istədiyi şərtlər daxilində qəbul olunmasından gedir. Əslində, oktyabrın 10-da Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü yenə də sual altında idi. Cünki Qazaxıstan və Belarus Ermənistanın üzvlüyünə dair rəsmi razılıq verməyə bilərdi. Səbəb isə o idi ki, qrumun bu il may ayında Astanada keçirilən geniştərkibli iclasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev azərbaycanlı həmkarı İlham Əliyevdən aldığı məktuba istinadən Ermənistanın Avrasiya İttifaqına BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində qəbul olunmasını tələb etmişdi. Bu isə ən azı Ermənistanla bir iqtisadi məkanda olan Dağlıq Qarabağın Ermənistandan gömrük məntəqəsi ilə ayrılması demək idi. Minsk sammitində Qazaxıstan prezidenti bu xüsusda bildirdi: "Ermənistanla kompromis əldə etmək mümkün olub və Ermənistan Azərbaycanın şərtilə razılaşdı".

Beləliklə, Azərbaycan çox gözəl və parlaq siyasi kombinasiya qurdu. Prezident İlham Əliyevin uğurlu gedişləri ilə ölkəmizin işğal olunmuş əraziləri artıq Ermənistanın iqtisadi məkanından qoparılıb çıxarıldı. İndi Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinə keçib gedənlər və ya əksinə hərəkət edənlər sərhəddə gömrük məntəqələrindən keçib getməli olacaqlar və daşıdıqları hansısa məhsul üçün də rüsum ödəyəcəklər. Ən əsaı isə siyasi, hüququi müstəvidə bir daha nümayiş etdirildi ki, Azərbaycanın ərazi bütövlüyü hətta Ermənistanın daxil olduqları ittifaqlar tərəfindən mütləq nəzərə alınır. Bununla da ölkəmiz öz ərazilərinin ilhaq olunmuş hissəsini de-yure öz sərhədləri çərçivəsində təsdiqlədi. De-fakto olaraq isə bu yerlərin işğalçı ölkədən ayrılması prosesini başlatdı.

Bu gedişlə Dağılq Qarabağ münaqişəsininyaxın tezlikdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacağı da tamamilə gözləniləndir. Bunu Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Maliyyə bazarı üzrə komitənin sədr müavini Dmitri Savelyev də təsdiq edir. Onun sözləriən görə, bir il ərzində Qarabağ ətrafı rayonlar, üç ilə isə Dağlıq Qarabağ azad olunmalıdır". Deputat "İnterAz" telekanalına müsahibəsində bu xüsusda qeyd edir ki, Qarabağ münaqişəsi Ermənistan xalqı üçün də sərfəli deyil: "İstərdik ki, bir il ərzində Qarabağdan əlavə, Ermənistan tərəfindən zəbt edilmiş digər rayonların da azad olunması məsələsi tənzimlənsin, üç ilə isə Qarabağ azad olunmalıdır. Ermənistan xalqı öz hakimiyyətinin apardığı siyasətin əsiridir. Nəticə etibarı ilə Ermənistanda biz nə görürük? Tam şəkildə səfalət. Orada həm mədəniyyət, həm də təhsil sahələrində problemlər mövcuddur. Azərbaycanın bütün sahələrdəki göstəriciləri hara, Ermənistanın hara. Çox böyük fərqdir. Axı, hər şey iqtisadiyyat əsasında qurulur. Orada, əlbəttə ki, Sovet İttifaqı dövründə əsası qoyulmuş potensialın davamlığının müəyyən ehtiyatı hələlik mövcuddur, lakin hər şeyin sonu var. Bu dəstəklənməsə, inkişaf etdirilməsə, hər şey baxımsızlığa düçar olacaq. Və hal-hazırda Ermənistanda müşahidə olunan da budur. Baxın, Ermənistanda nə qədər erməni yaşayır, nə qədər erməni isə ölkəsindən kənarda? Onlar mahiyyətcə ayaqları ilə səs verirlər. Onlar kütləvi şəkildə oranı tərk edirlər. Orada hal-hazırda vur-tut 2 milyona qədər əhali qalıb. İnsanlar bu ərazini tərk edir, hər şey deqradasiyaya uğrayır. Onlar üçün də bu problemdir, onlara da bu münaqişəni həll etmək lazımdır. Və Azərbaycana, əlbəttə ki, ilk növbədə bu münaqişəni tənzimləmək zəruridir, bu ölkənin və xalqın ağrılı bir nöqtəsidir". Deputatın sözlərinə görə, münaqişəni ən qısa bir zamanda həll etmək lazımdır: "Mən sülh yolu ilə nizamlanma yoluna inanıram, çünki bilirəm ki, heç də hər şey müharibə ilə həll olunmur. Və bu mənada Rusiyanın rolu həlledici olmalıdır".

Rusiyalı millət vəkilinin qiymətləndirmələrinə görə, Azərbaycan-Rusiya münasibətləri hələ indiyə qədər qeydə alınmamış yüksək bir mərhələdə qərarlaşıb: "Prezidentlərimiz – iki nəhəng dövlətin nəhəng prezidentləri dostluq edirlər. Bu önəmli bir haldır, çünki davamlı zəmin təşkil edən də elə hər zaman münasibətlərin yaxşı olmasıdır. Azərbaycan prezidenti bizi qəbul edərkən vurğulamışdı ki, Vladimir Putin onun çox yaxın dostudur, Rusiya isə Azərbaycan üçün yaxın strateji tərəfdaşdır. Bu mənada iki dövlət arasında mövcud olan məhz bərabər tərəfdaşlıq əlaqələridir. Ərazi baxımdan fərqə baxmayaraq, bu həqiqətən də bərabərhüquqlu münasibətlərdir və bu özü-özlüyündə çox vacibdir.

Hesab edirəm ki, Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu başqa cür olmalıdır".

Hesab edilir ki, hazırda Ermənistanın Qarabağ münaqişəsini davam etdirmək üçün imkan və potensialı da yoxdur. Elə Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıb. Bu meyl ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistanda ən azı 100 mindən artıq əhali azalacaq. Ölkədə korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq və digər bu qəbildən olan hallar da Ermənistanı sürətlə çökdürür və bütün bunlar Qarabağ münaqişəsinə təsirsiz ötüşmür. Zaman daha sürətlə Azərbaycanın xeyrinə işləyir.

Sizin Reklam Yeriniz