Əlaqə Arxiv
news Image
2012.07.19
13:00
| A A A
Bəşər Əsəd yaralandı
Azad Suriya Ordusunun komandiri Riyad Əl Əsəd, Suriya Dövlət Başçısı Bəşər Əsədin yaralı olduğunu və Lazkiyeyə qaçdığını bildirib. Movqe.Az bildirir ki, Riyad Əl Əsədin "Twitter" vasitəsilə verdiyi məlumata görə, Bəşər Əsədin yaxınları bildirirb ki, Suriya lideri həqiqətən də yaralıdır. Bundan əlavə, Əsədin Lazkiyə şəhərinə qaçdığını da bildirilib.

Ağ Evdən gələn məlumata görə isə, Əsədin harada olduğuna dair məlumat yoxdur.

Amerikan Rəhbərliyi, Suriyanın paytaxtı Şamdakı bombalı hücumdan sonra Dövlət Başçısı Bəşər Əsədin harada olduğuna dair əllərində məlumat olmadığını bildirib.

Ağ Evdən verilən açıqlamada, Suriyanın hərbi müəssisələrinin yaxından izlənildiyi bildirilərək, kimyəvi silahların hələ hökumətin nəzarəti altında olduğunun düşünüldüyü qeyd edilib.


Sizin Reklam Yeriniz