Əlaqə Arxiv
news Image
2014.10.22
08:15
| A A A
Leyla Yunusdan ermənilərə növbəti böyük xidmət
Zahid Oruc: “Leyla Yunus mənəviyyat və əqidə ermənisidir”

Vətənə xəyanət edən və adını hüquq müdafiəçisi qoyan Leyla Yunus burada da antiazərbaycançı xarici qüvvələrin, o cümlədən də ermənilərin ölkəmizə qarşı kampaniyasına zəmin yaratmaq məqsədi güdən davranış nümayiş etdirir. Təhlillər göstərir ki, onun fəaliyyəti ermənilərlə koordinasiya olunmuş şəkildədir. Belə ki, bu şəxsin atdığı hər bir addım erməni mediası və erməni lobbisi tərəfindən Azərbaycana qarşı istifadə olunmaqdadır. Bununla da ermənilər L.Yunus kartından məharətlə istifadə etməklə Azərbaycanı gözdən salmağa cəhd göstərirlər.

Millət vəkili Zahid Oruc Leyla Yunus əqidəsini bir Azərbaycan məsəli ilə ifadə etdi: "İlan nə qədər qabıq qoysa da, öz mahiyyətini qoruyub saxlayır. Leyla Yunusun yerini hara dəyişsən də, Leyla Yunusluğunda qalacaq. Ümumiyyətlə, demokratik cəmiyyətlər üçün qan və gen axtarışlarının əbəs məsələ olduğunu düşünmüşəm. İndi də o mövqedəyəm. Lakin mənəviyyat erməniliyi isə tamam ayrı kateqoriyadır. Leyla Yunus mənəviyyat və əqidə ermənisidir. Bu, daha təhlükəlidir. Düzdür, ermənilərin içərisində obyektiv həqiqətləri söyələməyə cürəti, cəsarəti çatan insanlar var. Onların erməni adlandırılmasının əleyhinəyəm. Ancaq belə vəziyyətə həbsxana şəraitini Azərbaycan əleyhinə çevriməklə orada da guya ki, azadlıqlar uğrunda mübarizədə ölkə xaricindən hakimiyyətə müəyyən təziylqəri bərqarar etməyə çalışmaqla göstərmək istədiyi bir məsələ var. Guya haqlı hüquqlar o şəkildə pozulur ki, Dağlıq Qarabağ erməniləri burada yaşaya bilməz. Başlıca hədəf budur. Müxtəlif erməni dairələrinin Rusiya və Qərb mətbuatında Leyla Yunusdan bəhs etdikləri yazılarda əsas xətt kimi orada keçən detal 1990-ci illərdən bu yana sözügedən şəxsin iki xalqın birgəliyinə, sülhünə, əmin-amanlığına verdiyi töhfə göstərilir. Saxarov mükafatnın təqdimatı ilə bağlı məsələni bəhs edən dairələrin heç biri bir cümlə də yazmırlar ki, həmin mükafatın təsis fondunun əsas şəxsləri Saxarovun həyat yoldaşı erməni Əlixanyan Bonnerin və onun çevrəsində olan insanların təşəbbüsləridir. Nədənsə, bunu vurğulamaq hamının yadından çıxır. Beləliklə Leyla Yunusun həbsxana həyatını hüquqlar, haqlar uğrunda mübarizənin bir simvoluna çevirmək istəyirlər. Göstərirlər ki, guya o dərəcədə böyük dissident hərəkatının təmsilçisidir ki, o, azadlığa çıxmasa, ölkədəki problemlər aşıb-daşacaq. Ümumiyyətlə, guya Leyla Yunussuz Azərbaycanda insan haqları etalon kimi qəbul etmək mümkün deyil. Sanki bütövlükdə bir xalq fərdi şəxsə qurban verilmiş olur. Ona görə, bundan sonrakı dövrdə də ayrı-ayrı dövlətlərin xarici siyasət dairələrindən və ya beynəlxalq təşkilatlardan bu cür ölkəmiz əleyhinə bəyanatlar alınsa, təəccüblənməməliyik. O cümlədən yeni-yeni mükafatlandırmalar da baş verməsi istisna edilmir. Mahiyyət etibarı ilə bu, o deməkdir ki, ölkə daxilində belə qüvvələr sarsıdıldıqca və xaricdən müxəlif dairələrlə bağlantıda olan qüvvələrin əlaqələri məhv edildikcə, biz kənardan çoxlu səs-küy, narazılıq eşidəcəyik. Çünki, onların əsas gücü daxili təzyiq alətlərindədir. Onlar sıradan çıxarılan kimi, həmin dairələr kontaktsız qalır, şəbəkə bütöv gücü ilə işləyə bilmir. Ona görə də Leyla Yunus məsələsində bu cür əlahiddə diqqət dövlətə təzyiqlərin nəticəsidir. Ancaq buna yol verilməyəcək. Bu məsələyə qanun müstəvisində baxılacaq. Odur ki, bu ətrafda səlib yürüşü təşkil etməyə də ehtiyac yoxdur".

Sizin Reklam Yeriniz