Əlaqə Arxiv
news Image
2014.10.22
14:23
| A A A
Seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb

Azərbaycanda dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı açıqlanıb.


Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri zamanı 15 035 bələdiyyə üzvü seçiləcək.


Qeyd edək ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı respublika üzrə 1718 bələdiyyəyə 15 682 üzv seçilib. Ancaq ötən dövr ərzində bələdiyyələrin birləşməsi prosesi nəticəsində bələdiyyələrin sayı 1718-dən 1607-ə enib. Buna müvafiq olaraq bələdiyyə üzvlərinin də sayı azalıb.

Sizin Reklam Yeriniz