Əlaqə Arxiv
news Image
2014.10.28
09:19
| A A A
Düşmən ölkədə hakimiyyət dəyişdirilir
Elman Nəsirli: “Öz hakimiyyətini qorumaq naminə Serj Sarkisyan daxildə istənilən təzyiqə əl atacaq və belədə yenə xalqını gülləbaran etməkdən çıkinməyəcək” Taleh Əliyev: “Qərbdən gələn mesajlar da onu deməyə əsas verir ki, Ermənistanda növbəti hakimiyyət dəyişikliyi baş verə bilər”

Ermənistan müxaqlifəti oktyabrın 24-də əvvəlkilərilə müqayisədə daha geniş miqyaslı mitinq təşkil edə bildi. Ermənistan Milli Konqresi, "Çiçəklənən Ermənistan və "İrs" partiyalarının təşkil etdiyi mitinqdə əsas məqsəd hakimiyyəti istefaya göndərməklə növbədənkənar prezident və parlament seçkilərini keçirilməsinə nail olmaqdır. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, onları meydana ölkədəki dözülməz durum və hakimiyyətin buna məhəl qoymaması çıxarıb. Onun sözlərinə görə, Serj Sarkisyan rejmi bu illər ərzində yürütdükləri iqtisadi siyasətlə ölkəni uçuruma sürükləyib. O hesab edir ki, vəziyyəti yalnız hakimiyyəti dəyişərək, yeni sistemi yaratmaqla mümkündür. Cünki hazırkı rejim hər hansı dəyişiklik etmək iqtidarında deyil.

"Çiçəklənən Ermənistan" partiyasının lideri Haqik Tsarukyan tələb edib ki, ölkədə iqtisadi sahədə təcili islahatlar həyata keçirilməlidir. O çıxışında 15 min müəssənin bağlandığını və nəticədə işsizliyin 43 faizə yüksəldiyini bəyan edib. Müxalifət lidernin sözlərinə görə, mühacirət Ermənistan üçün əsas problemdir və bunun günahkarı hazırkı hakimiyyətdir. Hər il 110-120 min arası vətəndaş Ermənistanı tərk edir və təxminən onların 60 min nəfəri sonradan Ermənistana qayıtmır. Sabiq prezident Levon Ter-Petrosyanın çıxıış olub. Ter-Petrosyan bildirib ki, konstitusiya çərçivəsində ümumxalq təzyiqi yolu ilə hakimiyyətin istefaya getməsinə nail olmaq niyyətindədirlər. Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan aksiyadakı çıxışında bildirib ki, müxalifət və xalq hakimiyyətin dəyişilməsi prosesinə dair qərar verilib: "Biz bu prosesi uzatmaq niyyətində deyilik, heç kim lənglik nümayiş etdirməyəcək". Müxalifət tələb edir ki, 2015-ci aprelin 24-nə qədər növbədən kənar parlament və prezident seçkiləri keçirilməlidir. Əks halda aksiyaların miqyası və formatı dəyişilərək daha kəskin və uzun müddətli olacaq. Onu da deyək ki, növbəti nümayişlərin oktyabrın 31, noyabrın 7-i və 14-də keçirilməsi nəzərdə tutulur.

Beləliklə, hazırda Ermənistan çalxalanır. Tərəfdarlarının sayını artıran müxalifət növbədənkənar parlament və prezident seçkiləri keçirilməsində isrralıdır. Görəsən, Ermənistanda hakimiyyəti dəyişmək mümkün olacaqmı? Bu proseslər Dağlıq Qarabağ münaqişəsinə nə vəd edir?

Politoloq Elman Nəsirlinin fikrincə, hər dəfə ölkədə Sarkisyanın istefa tələbləri artanda, o, Qarabağ münaqişəsinin həllində daha çox hərbi ritorikaya söykənən baxış sərgiləyir: "Cari ilin oktyabrın 10-da Ermənistan prezidentinin Minskdə ölkəsinin Avrasiya İqtisadfi İttifaqına üzvlüklə bağlı sənədi imzaladığı gün, orada müxalifətin böyük bir etiraz mitinqinə start verildi. Hansı ki, həmin mitinqlərdə də Sarkisyanın istefa tələbi əsas tələblər sırasında idi. Oktyabrın 24-dəki mitinq isə göstərdi ki, bu etiraz dalğası daha da genişlənir. Hazırda Sarkisyanın istefası ilə yanaşı, parlamentin buraxılaraq, erkən parlament seçkilərinin keçirilməsi də gündəmə gətirilib. Bu mitinqdə müxalifətin bəyanatında belə bir fikir ifadə olundu ki, bundan sonra hər həftə Ermənistanda davamlı şəkildə mitinqlər olacaq. Yəni Sarkisyanın istefası məsələsi, Ermənistan müxalifəti və ondan narazı qüvvələrin gündəmdə saxladığı əsas məsələdir. Heç şübhəsiz, bu reallıq fonunda Sarkisyan, Azərbaycan Prezidenti İlham Əliyevlə Parisdə görüşə gedir. Paris danışıqlarına qiymət verərkən, hesab edirəm bu məqamı qaçırmaq olmaz. Çünki, ölkə daxilində sosial bazasını tamamilə itirmiş bir vəziyyətdə, münaqişənin həllilə bağlı Ermənistan prezidentindən yalnız hərbi ritorikaya söykənən, daxili auditoriyaya hesablanmış, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir güzəşt və kompromisi özündə ehtiva etməyən bir yanaşmanı gözləmək olar. Belə dəsti-xəttin olması Ermənistan prezidentindən gözləniləndir. Dəfələrlə, oxşar situasiyalarda bunun şahidi olmuşuq. Qənaətimcə, Ermənistanda vəziyyət nə qədər pisləşir, ölkə uçuruma daha da yaxınlaşırsa, bunun müqabilində xalqın istefa tələbi nə qədər yüksəlirsə, ona adekvat olaraq Sarkisyanın Qarabağ münaqişəsində tutduğu mövqe kəskinləşir. Bu mövqe də birmənalı şəkildə daxili auditoriyaya ünvanlanmış mövqedən ibarətdir. Ermənistan prezidentinin istefaya getməsi məsələsinə gəldikdə, proseslər göstərir ki, həmin ölkədə bu, heç zaman daxili qüvvələr hesabına baş verməyib. Daxili qüvvələr ancaq xaricdən dəstək aldıqda, Ermənistandakı rejimi formalaşdıran yaxın havadarları belə bir qərar qəbul etdikdə, bu baş verəcək. Bu olmadıqda xalqın özünü belə öz maraqlarının girovuna çevirməsinə baxmayaraq, Ermənistanda prezident dəyişilmir. Levon Ter-Petrosyanın devrilməsini, 1999-cu il parlament gülləbaranına nəzər yetirərkən də bu qənaətə gələ bilirik. Sarkisyan ona qarşı olan bütün etirazlara baxmayaraq, hərbi xutnası vasitəsilə hakimiyyətdə qalmaqda israrlıdır. 2008-ci martında hakimiyyətdə qalmaq üçün o öz xalqını gülləbaran etdi. Bu hal da xalqın yaddaşından silinməyib. Bunu beynəlxalq ictimaiyyət də yaxşı bilir. Öz hakimiyyətini qorumaq naminə o daxildə istənilən təzyiqə əl atacaq və belədə yenə xalqını gülləbaran etməkdən çəkinməyəcək. Onu müdafiə edən, hakimiyyətdə qalmasını şərtləndirən xarici qüvvələr Sarkisyanın getməsi fikrinə gəlsələr, bu halda onun müqavimət imkanları tükənəcək və istefaya getməkdən başqa çarəsi qalmayacaq".

Politoloq Taleh Əliyev isə bu qənaətdədir ki, Ermənistan müxalifəti bu aksiyası ilə Sarkisyana qarşı mübarizədə mühüm uğurlar əldə edəcək: "MDB-nin Minsk konfransından sonra Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı mövqeni ifadə etməsilə, gözlənilirdi ki, bu ölkəyə Qərbin təzyiqləri artsın. İndiyə qədər Ermənistan hakimiyyəti ikitərəfli siyasət yürüdürdü. Lakin bu qərarla artıq Ermənistanın yolunun Avrasiya İttifaqı olduğu aydın oldu. Bundan sonra da Ermənistandakı qərbyönümlü müxalifətin aktivləşməsi və iqtidar qarşısında daha ciddi tələblərlə çıxış etmələri gözlənilən idi. Ermənistanda qərbyönümlü müxalif qüvvələrin birləşməsi baş verdi. Burada ən maraqlı məqam "Çiçəklənən Ermənistan" Partiyasının yeni müxalifət qüvvələri arasında yer almasıdır. Bu partiya erməni oliqarxiyasını təmsil edir. Yəni hazırki Ermənistan hakimiyyətindən qopan, vaxtilə onun cinayətlərinə şərik olan çevrənin nümayəndələrindən ibarətdirlər. Onların da müxalifət sırasında yer alması mitinqlərdən ciddi nəticələrin ola biləcəyi ehtimalını artırır. Qərbdən gələn mesajlar da onu deməyə əsas verir ki, Ermənistanda növbəti hakimiyyət dəyişikliyi baş verə bilər. Hətta növbədənkənar parlament seçkilərinin tələbi də onu göstərir ki, Qərb Ermənistanda prosesləriun sürətlənməsində maraqlıdır. Ola bilsin, Qərb Ukraynada olduğu kimi Ermənistanda da müxalifətə həm siyasi bəyanat, həm də maliyyə baxımından dəstək versin. Ermənistanda hazırda hakimiyyətə gəlmək istəyən qüvvələr daha çox qərbyönümlü olduğundan, düşünmürəm ki, burada iqtidara yeni bir qüvvə gələcəyi halda, onlar Dağlıq Qarabağla bağlı hazırki Sarkisyan iqtidarının siyasətini davam etdirsin, yaxud da, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq, Qarabağ münaqişəsinin həlli ATƏT Minsk qrupundakı beynəlxalq güclərin ortaq rəyindən asılı olacaq".

Sizin Reklam Yeriniz