Əlaqə Arxiv
news Image
2014.11.08
09:36
| A A A
Müxalif düşərgədə növbəti siyasi fiasko
Son proseslər bu cəbhədə yer alan partiyaların hadisələrə hər hansı təsiri olmayan dərnəyə çevrildiyini göstərir

Növbəti bələdiyyə seçkilərinə sayılı günlərqalıb. Lakin seçkilərlə bağlı daha çox hakim Yeni Azərbaycan Partiyasının fəallığı müşahidə olunmaqdadır. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə seçkilərində iştirak üçün artıq 14 minə yaxın şəxsin namizədliyi irəli sürülüb və bu proses davam edir. 3500-dən çox namizəd üçün imzalar artıq toplanıb, müvafiq sənədlərlə birgə dairə seçki komissiyalarına təqdim edilib. O da bildirilir ki, imza toplama prosesi təqribən noyabrın 9-dək, namizədlərin qeydiyyatı isə noyabrın 12-nə qədər yekunlaşmalıdır. Bundan sonra isə artıq təbliğat-təşviqat kampaniyasına başlanmalıdır.Lakin müxalif partiyalarda tamam fərqli hal müşahidə olunur. Onların fəaliyyətinə diqqət yetirdikdə, sanki belə məmzərə yaranır ki, müxalifət ya bələdiyyə seçkilərinin olmasından xəbərsizdir, ya da yerlərdə namizəd olmağa kadrları yoxdur. Əslində, müxalifət sosial baza sarıdan bu gün problem yaşayır.

Qeyd edək ki, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində də müxalifət passiv və namizədlərinin sayının az olması ilə yadda qaldı. Bu dəfə isə görünür, müxalifət namizədləri daha az olacaq. Çünki, seçki prosesinə az müddət qalmasına, namizədlərin verilməsinin başa çatmaq üzrə olmasına baxmayaraq, hakim partiyanı çıxmaq şərtilə müxalifətdən namizəd olanları ancaq barmaqla saymaq olar. Hətta özlərini ana müxalifət kimi qələmə verən Müsavatla, AXCP-də vəziyyət daha pisdir.

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, kadrlarının, potensialın olmaması müxalifəti bələdiyyə seçkilərində passiv olmağa sürükləyib və seçkilərdən sonra onlar siyasi səhnədən getmək məcburiyyətində qalacaqlar: "Bələdiyyə seçkiləri mühüm xüsusiyyətə malikdir. Bələdiyyə seçkiləri konkret bir məkanda, qəsəbə, rayon, kənddə keçirilən yerli seçkilərdir. Hər bir bələdiyyə ərazisində insanlar bir-birini daha yaxşı tanıyır. Onlar bir-birinin iş qabiliyyəti, peşəkarlığı, siyasi baxışlarına daha yaxşı bələddirlər. Yəni yerlərdə insanlar kimin kim olduğunu daha gözəl bilir. Bələdiyyə seçkilərinə qatılan insanın birinci növbədə iş qabiliyyəti olmalıdır. O, namizəd olduğu ərazinin problemlərini bilməli, mövcud problemlərin ən optimal həll yollarını axtarıb tapmağı bacarmalıdırlar. Müxalifətin isə bu müstəvidə bələdiyyələrə verə biləcəyi namizədləri yoxdur. Artıq Azərbaycanın bütün kənd və qəsəbələrində sosial problemlərin demək olar ki, 90 faizi həll olunub. Kommunikasiya xətləri, enerji məsələləri həllini tapıb, yol sarıldan problemlər yoxdur. Yerlərdə yaşayan insanlar da bilir ki, bu problemlər vaxtında dövlət tərəfindən aradan qaldırılıb. Bütün ölkə boyü iqtisadi inkişaf baş verib, sosial mədəni obyektlər yenilənir. Artıq bu baza əsasında yeni bir təfəkkürün, baxışın olması vacibdir. Bunun üçün də yerlərdə çoxsaylı potensialımız var. Ancaq müxalifət yerlərdə belə potensiala malik deyillər. Bölgələrdə onları dəstəkləyənlər ümumiyyətlə yoxdur. Konkret olaraq, bələdiyyə seçkilərinə namizəd verməyə adamları belə yoxdur. Partiyaların gücü orada təmsil olunan insanların gücü, intellekti və sayından bəhrələnir. Müxalifət isə bu kimi keyfiyyətlərdən məhrumdur. Belə olan halda, onlar hansı qüvvə ilə seçkilərə qatılacaq? Müxalifət ümumiyyətlə, təşkilatlanma cəhətdən də axsayır. Onlar ancaq qəzetdə öz yazdıqlarını oxumaqdan başqa bir şey edə bilmirlər. Radikal müxalifətin başlıca siyasi xətti isə Azərbaycanın milli dövlətçilik maraqlarına ziddi xarici qüvvələrlə əlbir olaraq, onlarla birgə olmaq, qrantlar hesabına iğtişaşlar törətməyə çalışmaqdan ibarətdir. Onlar bundan o yana addım ata bilmir. Belə vəziyyət onu vəd edir ki, qarşıdan gələn bələdiyyə seçkiləri radikal müxalifətin siyasi müstəvidən getməsinin bir səhnəsi olacaq".

Politoloq Məmməd Əlizadənin fikrincə, bələdiyyə seçkiləri müxalifətin daha da zəifləyərək, proseslərə cüzi də olsa, hər hansı bir təsiri olmayan dərnəyə çevrildiyinin bariz nümunəsi olacaq: "Radikal müxalifət belə görünür, bu bələdiyyə seçkilərində də iştirak etməkdən uzaqdır. Onların bu prosesdən özlərini kənar qoyması isə aydın məsələdir ki, sosial bazalarının, yerlərdə təmsilçilərinin olmamasından irəli gəlir. Bu gün müxalifətin hansı vəziyyətdə olduğu heç kimə sirr deyil. Onlar mərkəzdə belə ciddi qüvvə kimi toparlana bilmirlər. Yerlərdə isə vəziyyətləri daha acınacaqlıdır. Burada hətta seçkilərdə müşahidəçi verməyə belə adam tapmırlar, o ki qaldı, bələdiyyəyə namizəd verələr. İqtidarın apardığı xalqın və dövlətin maraqlarına cavab verən uğurlu siyasət və bunun müqabilində müxalifətin ortaya normal bir siyasət qoya bilməməsi, əksinə, dağıdıcılıq fəaliyyətilə məşğul olması sonda gətirib, onları belə pis duruma salıb. İndi də özlərinin böyük bir məğlubiyyətə düçar olacaqlarını anladıqlarından, prosesdən kənar qalmaqla düşünürlər ki, zəifliklərini ört-basdır edə biləcəklər. Amma artıq xalq çoxdan kimin kim olduğunu gözəl seçə bilir. Seçicilər inkişafa, tərəqqiyə səs verirlər. Bu inkişafın aparıcı qüvvəsi qismində isə müxalifəti görmürlər. Ona görə də, onlara səs vermirlər. Müxalifət sıraları da bu fonda seyrəlir. Artıq onlar yerlərdə bələdiyyəyə namizəd verməyə adam belə tapa bilmir. Çünki, yeritdikləri uğursuz siyasətin nəticəsidir ki, bu gün belə acınacaqlı hala düşüblər".

Sizin Reklam Yeriniz