Riçard Moninqstar and içdi
O, yaxın həftələrdə Bakıya gəlir
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstarın andiçmə mərasimi keçirilib.
APA-nın ABŞ Dövlət Departamentinin saytına
istinadən verdiyi xəbərə görə, mərasimdən sonra R. Moninqstar ABŞ
dövlət katibi Hillari Klintonla görüşüb.
Yeni səfirin yaxın həftələrdə Azərbaycana gələcəyi gözlənilir.
Qeyd edək ki, Riçard Morninqstarın ABŞ-ın Azərbaycandakı səfiri
postuna namizədliyini bu ilin aprel ayında prezident Barak Obama
irəli sürüb, iyunun 30-da isə ABŞ Senatı onun bu posta
namizədliyini təsdiqləyib.