Əlaqə Arxiv
news Image
2014.11.25
09:35
| A A A
İran hələ də Ermənistanın xilaskarı rolundan əl çəkmir
Əfşar Süleymani: “İranın Ermənistan ilə əlaqələrini zəiflətməsini gözləmirik” Qabil Hüseynli: “Son 20 ildə Ermənistanın ayaqüstə qalmasının bir səbəbi də məhz İran olub”

Son aylar İran-Azərbaycan münasibətlərinn inkişafında yüksək dinamizm müşahidə olunmaqdadır. Hətta cənub qonşumuz öznünün Qərblə münasibətlərinin yaxşılaşmasında Azərbaycaan əsas vasitəçilərdən biri kimi yanaşır. Bu ay ölkəmizdə səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycanı İran-Qərb münasibətlərində vasitəçi qismində görmək istədiklərini dilə gətirdi. Bundan başqa, iki ölkə arasında bir sıra iqtisadi münasibətlərdə də yeniliklər gözlənilir. Tehran rəsmiləri eyni zamanda, İranın həmsərhəd olduğu 15 ölkə arasında Azərbaycan qədər yaxın olanı yoxdur deyir. Bunun İran xarici işlər nazirinin müavini, İran prezidentinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi istiqamətində aparılan danışıqlar prosesindəki nümayəndəsi İbrahim Rəhmipur deyib: "Odur ki, Azərbaycanın İranın xarici siyasətində özünəməxsus yeri var. Hər iki dövlət münasibətlərin yüksək səviyyədə qalmasına diqqət ayırmalıdır".

Ancaq illərdir ki, İran Ermənistanla iqtisadi-ticari münasibətlərini davam etdirir, halbuki, bu ticarətin dayandıırlması Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirərdi. Azərbaycanla yeni yaxınlaşma fonunda isə İranın Ermənistanla iqtisadi-ticari, diplomatik münasibətlərini Türkiyə kimi dayandıra biləcəyi ehtimalı isə indi xüsusi maraq doğurur. Lakin siyasi şərhçilərin fikrincə, İran heç vaxt Ermənistana ilə dplomatik əlaqələri azaladacağı inandırıcı deyil.

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani Türkiyə-Azərbaycan və Azərbaycan-İran münasibətlərini müqayisə etməyi düzgün saymır: "Çünki, bu ölkələrin xarici siyasətlərinin istiqamətləri fərqlidir. Məsələn, Türkiyə Qərbyönlü siyasət aparır. Avropa Birliyinə daxil olmaq istəyir. Amma məhz bu məsələlərdə İranın siyasəti fərqlidir. Hətta Suriya məsələsində də Türkiyə ilə İran eyni fikirləri bölüşmürlər. Bura həmin ölkələrin Ermənistan ilə olan münasibətlərini də daxil edə bilərik. Düzdür, Türkiyənin Ermənistan ilə siyasi əlaqələri olmasa da, bunun iqtisadi əlaqələrə şamil etmək olmaz. Hətta deyə bilərik ki, Türkiyənin Ermənistan ilə xarici ticarətinin dövriyyəsinin həcmi İran-Ermənistan xarici dövriyyəsi qədərdir. Türkiyə bu əlaqələri Gürcüstan vasitəsi ilə həyata keçirir. Ümumiyyətlə, ölkələrin fikirlərinin müxtəlif olmasına baxmayaraq, gərək müştərək nöqtələr əsasında əlaqələr genişlənsin. Ermənistan bir qonşu ölkə olaraq İran onunla münasibətlərini davam etdir. Yəni, İranın Ermənistan ilə əlaqələrini zəiflətməsini gözləmirik. Çünki, İran Ermənistanı özünə qonşu bilir və qonşuluq əlaqələrini davam etdirir. Ancaq həm də çalışır ki, Emrənistan ilə əlaqələri Azərbaycanın əleyhinə olmasın. Eyni zamanda Azərbaycan və İran prezidentlərinin görüşündə də bildirildi ki Azərbaycan-İran əlaqələri başqa ölkələrin əleyhinə olmamalıdır".

Politoloq Qabil Hüseynlinin də fikrincə, İranın Ermənistan ilə diplomatik əlaqələrini azaldacağına gümanı yoxdur: "İran bəyanatlarında heç zaman səmimi olmayıb. Qarabağ müharibəsi dövründə Ermənistana Türkiyə, müəyyən qədər də Gürcüstan tərəfindən ciddi blokada sistemi tətbiq edildiyi halda İran Ermənistan üçün bir "nəfəslik" rolunu oynadı. Bu günə qədər də İran Ermənistanı iflasdan qoruyub. Yəni, son 20 ildə Ermənistanın ayaqüstə qalmasının bir səbəbi də məhz İran olub. İndi isə İran Ermənistana qaz kəməri çəkir, körpü tikir. Bunlardan başqa, dəmiryolu xətti çəkmək istəyir. Bu dəmiryolu xəttini Abxaziya dəmiryolu xəttinə qoşmaq istəyindədir. Yəni, faktiki olaraq, Tehran Rusiyadan Azərbaycan vasitəsi ilə İrana keçməli olan Şimal-Cənub həm şosse, həm də dəmiryolunun inşasını sürətləndirməkdənsə, Ermənistan ərazisinə dəmiryolu çəkilməsi ideyasını irəli sürüb. Bütün bunlar təcavüzkarı şirnikləndirən ideyalardır. Ona görə də İrandan Ermənistana qarşı Azəraycana olan təcavüzün dəf edilməsi ilə bağlı hər hansısa addımın atılmasını gözləmək inandırıcı olmaz. Yəqin ki, Ermənistan-İran münasibətləri bundan sonra da indiki kimi inkişaf edib, genişlənəcək".

Sizin Reklam Yeriniz