Əlaqə Arxiv
news Image
2014.11.27
08:29
| A A A
Ermənilərin Qarabağ üzərindən yeni cinayətlərinin üstü açıldı
Azərbaycanın işğal olunmuş əraziləri ermənilər tərəfindən çirkli pulların yuyulmasında da istifadə olunur

Azərbaycanın işğal olunmuş ərazilərinin ermənilər tərəfindən əsl kriminal və terror yuvasına çevrilməsi artıq dünya ictimaiyyətinə də yaxşı məlum olan faktdır. Eyni zamanda o da bəllidir ki, ermənilər bu əraziləri narktoticarətin əsas məskənlərindən birinə çeviriblər. Burada böyük plantasiyalarda narktotik məhsulların əkilib becərilməsi və müxtəlfi yollarla ayrı-ayrı dünya ölkələrinin ərazilərində satışa çıxarılması barədə də Azərbaycan beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verib. Ancaq hələ dünya dövlətləri tərəfindən təsirli tədbirlər görülmədən ermənilər işğal etdikləri ərazilərdə müxtəlif növ kriminal fəaliyyətlərini davam etdirirlər.

Həmçinin, indiki Ermənistan hakimiyyəti bu yerlərdə özünün böyük biznes maraqlarını və çirkli pulların yuyulmasına həyata keçirir. Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan və indiki prezident Serj Sarkisyan tutduqları postdan istifadə deərək Ermənistan daxilində və onun xaricində özlərinə böyük biznes qurublar. Bu şəxslərin hər ikisinin Azərbaycanı işğal olunmuş ərazilərində də müəyyən biznes obyektləri var. Bel əbir vaxtda isə yayılan başqa bir məlumata görə, ermənilər Dağlıq Qarabağ üzərindən çirkli pulların yuyulmasında fəal iştirak edirlər. Erməni əsilli amerikalı jurnalist Ara Manukyan ABŞ-dakı varlı ermənilərin Qarabağa yardım adı altında vergidən yayınmalarını bunun real təsdiqi adlandırıb. O bəyan edib ki, Kaliforniyada fəaliyyət göstərən bir qrup varlı erməni Ümumerməni Fondu "Hayastan"la əlbir olaraq Dağlıq Qarabağ üzərindən çirkli pulların leqallaşdırılmasını həyata keçirirlər. Onun bildirdiyinə görə, həmin varlı ermənilər ABŞ-ın vergi sistemini aldadır və gəlirlərini vergidən yayındıdırlar.

Birləşmiş Ştatlar qanunlarına görə, əgər hansısa sahibkar bu və ya digər xeyriyyə təşkilatına ianə verirsə, onun gəlirlərini həmin hissəsi vergidən azad olunur. Amerikadakı erməni milyonçular isə Dağlıq Qarabağda biznes qurmaq üçün pullarını ianə adı altında "Hayastan" fonduna yatırıblar. Onlar "Hayastan" fondu ilə anlaşaraq fondun hesabına kifayət qədər iri məbləğ yatırıblar, bu pulu ianə olaraq verdiklərini göstəriblər. Nəticədə erməni biznesmenlər pullarının həmin hissəsini ABŞ-da vergidən yayındırıblar.

Daha sonra onlar fırıldaq sxemi quraraq "Hayastan"ın hesabına keçirilmiş pulun böyük hissəsini Qarabağda geri alıblar və orada otel biznesinə yatırıblar. Cüzi hissəsini isə "Hayastan" fondunun hesabına ianə olaraq saxlayıblar. Erməni jurnalistinin bildirdiyinə görə, amerikalı erməni biznesmenlər bu fırıldaq sxemindən tez-tez istifadə edirlər. Nəticədə "Hayastan" fondu hər il elan etdiyi marafonlarda açıqlanan məbləğlərdən dəfələrlə az ianə toplamış olur. Ara Manukyan bu açıqlaması "Hayastan" fondunun noyabrın 27-də fond Kaliforniya ştatında telemarafona başlayacağı bir vaxta təsadüf edir.Marafon ərəfəsində Manukyanın təşkilatçılığı ilə bir qrup erməni "Hayastan"ın təşkil etdiyi banketin gedişində etiraz aksiyası təşkil ediblər. Onlar "Hayastan" fondunu boykot etməyə çağırıblar. Aksiya iştirakçıları bildiriblər ki, fond korrupsiyalaşıb və əslində Ermənistan hakimiyyətinə, fondun hamilər şurasında təmsil olunan Serj Sarkisyana və digərlərinə hakimiyyəti saxlamaqda yardım edir. A.Manukyan bildirib ki, 2012-ci ildə "Hayastan" fondu ianə kampaniyasında 20 milyon dollar toplayıb, ancaq həmin il Ermənistan büdcəsi oliqarxların vergidən yayınması və korrupsiya nəticəsində 750 milyon dollar itirib. "Hayastan" fondunun Qəyyumlar Şurasının sədri "virtualaz" portalını məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyandır. Şuranın üzvləri keçmiş prezident Robert Köçəryan, baş nazir Ovik Abramyan, qondarma "DQR prezidenti" Bako Saakyan və digərləridir. Bu şəxslər isə korrupsiya abataqlığında boğulur və Eriənistanda biznesin bütün əsas sahələriən nəzarət edirlər. Prosesdə Serj Sarkisyanın doğma qardaşı Aleksandr Sarkisyan da mühüm rol oynayır. Çünki o, Serj Sarkisyanın biznesinin əsas idarəçisdir. Onun müxtəlif biznes sahələrində əli var və ölkədə böyük biznes ilə məşğul olan şəxslər onun "payı''nı verməlidirlər. Ermənistanda hüquq-mühafizə orqanları və vergi ilə ciddi problemi olan şəxslər, pul müqabilində Aleksandr Sarkisyanı ən asan həll yolu kimi görürlər. Halbuki, bu şəxs əvvəllər Qarabağda avtobus sürücüsü və qaz ustası olub. Hal-hazırda biznesinin dairəsini genişləndirən Aleksandr Sarkisyan Kaliforniyada və bəzi Avropa ölkələrində daşınmaz əmlaka və şirkətlərə malikdir.

Sizin Reklam Yeriniz