Əlaqə Arxiv
news Image
2012.07.31
08:47
| A A A
Şairlərin məhkəməsi ilə bağlı Azərbaycan XİN zəruri tədbirləri görəcək
İranda saxlanılan şairlərin səhhətləri və saxlanma yerləri normaldır

İranda həbs edilmiş azərbaycanlı şairlər Fərid Hüseyin və Şəhriyar Hacızadənin məhkəməsi avqustun 7-nə təyin olunub. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) bütün zəruri tədbirləri görəcək. Bunu Azərbaycan XİN-nin mətbuat katibi Elman Abdullayev bildirib.

XİN rəsmisi söyləyib ki, İran tərəfi bu barədə Azərbaycanın bu ölkədəki baş kosulluğuna müvafiq məlumat verib. Onun sözlərinə görə, iyulun 28-də şairlər Təbrizdəki baş konsulluğun nümayəndəsinin iştirakı ilə ailə üzvləri ilə görüşüblər. Həmçinin Azərbaycanın Təbrizdəki vitse-konsulu Nəriman Orucəliyev iyulun 26-da şairlərlə görüşüb. E.Abdullayev deyib: "Şairlərimiz İrana icazəsiz, yəni vizasız gəlməkdə ittiham olunurlar. Amma İran ilə Azərbaycan arasında viza aradan qaldırılıb. Bu isə sual doğurur".

İranda həbs edilmiş azərbaycanlı şairlər Fərid Hüseynin və Şəhriyar Hacızadənin səhhətləri və saxlanma yerləri normaldır. Bunu isə SalamNews-a Fərid Hüseynin dayısı Ağalar Hacıyev bildirib.

İyulun 28-də şairlərin Təbrizdəki baş konsulluğun nümayəndəsinin iştirakı ilə ailə üzvləri ilə görüşdüklərini xatırladan A.Hacıyev söyləyib ki, onların məhkəməsi avqustun 7-nə təyin olunub. Onun sözlərinə görə, məhkəmə prosesi ailə üzvləri və Azərbaycan səfirliyi əməkdaşları üçün açıq olacaq. A.Hacıyev deyib: "Görüş zamanı Fərid Hüseyin və Şəhriyar Hacızadə qaldıqları şəraitdən heç bir şikayətlərinin olmadığını bildiriblər. Onlar viza rejimini pozduqları üçün İranda saxlanıldıqlarını söyləyiblər".

Xatırladaq ki, poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunublar. Azərbaycan hökuməti və ictimai təşkilatlar dəfələrlə onların qanunsuz həbs edildiyini bildiriblər.

Xarici İşlər Nazirliyi isə şairlərin həbsi ilə əlaqədar indiyə kimi İran hökumətinə 5 nota göndərib.
Sizin Reklam Yeriniz