Bakıda yeni səfirlik açıldı
Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasında diplomatik nümayəndəliyi təsis edilib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, diplomatik nümayəndəliyin müvəqqəti işlər vəkili Abbes Benmoussat XİN-nin Dövlət Protokolu İdarəsində qəbul olunub.
Xatırladaq ki, Əlcəzair Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. Azərbaycan ilə Əlcəzair arasında diplomatik əlaqələr 1994-cü il aprelin 22-də yaradılıb.
İki ölkə arasında əməkdaşlıq əsasən Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilib.