Əlaqə Arxiv
news Image
2015.02.02
13:15
| A A A
"Ollandı Xocalı soyqırımının 23 illiyi ilə bağlı Azərbaycana dəvət edək"

Azərbaycan Parlamentində Fransua Ollandın Xocalı soyqırımının 23 illiyi ilə bağlı Azərbaycana dəvət olunması təklif edilib.


Movqe.az xəbər verir ki, Trend-in məlumatına görə, bu təklifi millət vəkili Fazil Mustafa irəli sürüb.


O, qeyd edib ki, aprelin 24-də F.Olland qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar Ermənistana getməyi planlaşdırır: "Qarşıdan Xocalı soyqırımının 23 illiyi gəlir. Əgər bu adamlar soyqırım məsələsinə belə həssaslıqla yanaşırlarsa, gəlin biz də "erməni soyqırımı"na həssas olan deputatlara, siyasətçilərə müraciət edib onları Bakıya dəvət edək".


Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələ ilə bağlı bizə də müraciət olunub: "Heç kim əlimizdən tutmayıb ki, bu işləri görməyək. Bu məsələni hər yerdə, hər konfransda qaldırırıq. Amma dərinə gedəndə görürük ki, beynəlxalq təşkilatlar birtərəfli yanaşırlar. Onların görüntüsü budur. Onlar Azərbaycana gəlməyəcəklər, əmin ola bilərsiniz. Gələnlər nə edib ki, gəlməyənlər nə etsin? Biz özümüz özümüzə çarə qılmasaq, heç bir beynəlxalq təşkilat bizə kömək etməyəcək. Mən bundan daha əmin olmuşam".

Sizin Reklam Yeriniz