Əlaqə Arxiv
news Image
2015.02.02
13:32
| A A A
Putindən dünyanı ayağa qaldıran həmlə

Rusiya bombardımançı pilotlarının məxfi danışıqları dinlənilib.

Ukraynadakı vəziyyətlə bağlı sanksiyalara məruz qalan Rusiya ötən həftə yeni qalmaqalın başlanğıcını qoyub.

Movqe.az-ın anspress-ə istinadənməlumatına səbəb qərb ölkələri ilə arası elə də yaxşı olmayan Moskva rəhbərliyi İngiltərə ilə yeni böhrana imza atıb.

İngilis mətbuatında dərc edilən məlumata görə, Rusiyanın ötən həftə La Manş kanalı üzərində uçan "Tupolev-95" uzaq məsafəli bombardımançılarından birində nüvə başlığı daşıya biləcək bomba yükləyib.

Norveç kəşfiyyatı adıçəkilən istiqamətdə uçan 2 təyyarənin heyəti arasındakı rabitəni dinləyib. İddialara görə, danışıqlarda "hücum təlimi" adlandırılan uçuşa qatılan təyyarələrdən birinin pilotu "Trident" sualtı qayıqlarını vurmaq üçün hazırlanan nüvə başlıqlı bomba daşıdığını deyib.

Norveç rəsmiləri bu danışıq barədə İngiltərə baş nazirinə və müdafiə nazirinə məlumat verib. Bundan sonra Rusiyanın İngiltərədəki səfiri Aleksandr Yakovenko çağırılaraq ona nota verilib.

NATO-nun mənbələrinin məlumatına görə, Rusiya Hava Qüvvələri ötən il gerçəkləşdirdikləri uçuşlarda NATO adıçəkilən quruma üzv ölkələrin hava məkanlarını 100 dəfədən çox pozublar. Bu rəqəm 2013-cü ildə 30 idi.

Sizin Reklam Yeriniz