Əlaqə Arxiv
news Image
2015.02.02
14:08
| A A A
Ermənistanın müdafiə naziri təcili iclas çağırdı

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Yerevandakı hərbi hissələrdən birində hərbi qulluqçunun ölümü ilə bağlı təcili iclas keçirib.Movqe.az "Armenia Today" saytına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


İnsidentin bütün təfərrüatının öyrənilməsi və aydınlaşdırılması üzrə aparılan təhqiqatın nəticələri haqqında Ermənistan SQ-nin Şəxsi heyətlə iş idarənin rəisi, general-mayor Aleksan Aleksanyan məruzə edib.


İş üzrə bütün materiallarla tanış olan S.Ohanyan deyib ki, bilavasitə ayrı-ayrı zabitlərin işi və onların öz xidməti vəzifələrinə davamlı olaraq səhlənkar yanaşmaları nəticəsində yaranmış nöqsanlar cinayətin baş verməsinə imkan yaradıb.


O, qeyd edib ki, baş verən hadisə silahlı qüvvələrin bütün heyətinə arxadan zərbədir.


İclasda Ermənistan SQ Baş Qərargahı rəisinin müavinləri, idarə rəisləri, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər.


Qeyd edək ki, yanvarın 29-da Yerevandakı hərbi hissələrdən birində Aykaz Barseqyan adlı hərbi qulluqçu asılmış vəziyyətdə tapılıb.

Sizin Reklam Yeriniz