Əlaqə Arxiv
news Image
2015.02.03
14:40
| A A A
50 min erməniyə Rusiyaya giriş qadağan edilib

Rusiyaya girişi qadağan edilən Ermənistan vətəndaşlarının sayı 50 minə çatır.


Movqe.az xəbər verir ki, Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hər gün 40-50 nəfər Rusiyaya qazanc üçün getmək məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edir.


Xidmətdən verilən məlumata görə, müraciətlərin 22-23 faizi müsbət cavablandırılır: "Qadağaya məruz qalanlar Rusiya qanunvericiliyini pozmuş miqrantlardır".


Qeyd edək ki, Rusiyaya girişi qadağan edilmiş Ermənistan vətəndaşları amnistiya və onların qazanc üçün getmələrinə yenidən icazə verilməsini istəyirlər.

Sizin Reklam Yeriniz