Əlaqə Arxiv
news Image
2015.02.03
13:21
| A A A
PREZİDENTDƏN MƏKTUB
Belarus Respublikasının Prezidenti Aleksandr LUKAŞENKONUN Masallı rayonunun Binə Xocavar kəndində kəndində anadan olmuş Atabala Həzi oğlu Hacıyevə Belarus Respublikasının alman-faşist işğalından azad olunmasının 70 illiyi münasibət

Belarus Respublikasının Prezidenti Aleksandr LUKAŞENKONUN Masallı rayonunun Binə Xocavar kəndində kəndində anadan olmuş Atabala Həzi oğlu Hacıyevə Belarus Respublikasının alman-faşist işğalından azad olunmasının 70 illiyi münasibətilə təbrik məktubu gəlmişdir. Prezidentin mərtubu Masallıda böyük sevincə səbəb olmuşdur. 

Məktub belə başlayır:

"Hörmətli Atabala Həzi oğlu Hacıyev!

Belarus Respublikasının alman-faşist işğalından azad olunmasının 70 illiyi və Belarus Respublikasının Müstəqillik Günü (Respublıka Günü) münasibətilə səmimi təbrikimi qəbul edin.

Böyük Vətən müharibəsi belarus xalqının tarixi yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunub, hansı ki, zəfər və faciə, günahsız qurbanlara görə kədər, qələbə sevinci, düşmənlə müqəddəs mübarizədə qalib gələn xalq iradəsi qaşısında səcdə – qırılmaz tellərlə bir-birinə bağlıdır.

Yeddi on il - tarixi baxımdan bir andır, lakin insanlıq baxımından bütöv bir həyatdır. Ötən illərdə belarusların neçə nəsli doğulub və böyüyüb: müharibə dəhşətlərini bilmədən. Bu böyük xoşbəxtlik üçün biz Sizə, o vaxt Vətənimizin müstəqilliyini qoruyan hər kəsə borcluyuq. Təsadüfi deyil ki, faşist işğalından azad olunduğumuz Böyük gün suveren Belarusda əsas milli bayrama – Müstəqillik Gününə çevrilib.

"Qələbədə və ölkənin müharibədən sonrakı dirçəlişində göstərdiyiniz şücaətə görə Sizin qarşınızda baş əyirik və səmimi təşəkkürümüzü bildiririk.

Sizin böyük rəşadətinizi təhrif etməyə və ya kiçiltməyə heç kəsə imkan vermərik, sülhün və doğma vətənin rifahı keşiyində inamla dayanacağıq! Lazım gəlsə, hamımız bir nəfər kimi onun müdafiəsinə qalxarıq, necə ki, Siz o dəhşətli uzaq illərdə durdunuz. Qoy müstəqil, güclü, çiçəklənən Belarus əsrlər boyu qaliblər nəslinin abidəsi olsun!

Sizə möhkəm cansağlığı, tükənməz enerji, ruh yüksəkliyi, rifah halı və uzun ömür arzu edirəm!

Aleksandr LUKAŞENKO,

Belarus Respublikasının Prezidenti." -

Bəli, Belarus Respublikasının Prezidenti Aleksandr LUKAŞENKONUN məktubu bu sözlərlə qurtarır.

Qeyd edək ki, Hacıyev Atabala Həzi oğlu 1924-ci ildə Binə Xocavar kəndində anadan olmuşdur. 1942-ci ildə Sovet Ordu sıralarına xidmətə çağırılmış, Taqonroqdan Berlinə qədər müharibədə iştirak etmişdir. Polşa, Moldoviya, Almaniya, Berlin, Reystağın alınmasında iştirak etmişdir. Rabitəçi olmuş. Polis komandirinin müavini erməni idi –Saturov! Neftçala rayonunda birinci katib işləmişdi, milliyətcə erməni idi. Mircəfər Bağırov onu orduya yollamışdı. Erməni dedi ki, əməliyyata Hacıyev gedəcək, seyiddi ona güllə batmayacaq. 5 üzən qayıq və 9 nəfər biz kəşfiyatçı. Axşamçağı bizi yedirtdilər, yatızdırdılar… Bizimkilər də, almanlar da yatmışdılar. Almanların yaşadığı binanı yerlə -yeksan elədik. Məni Sovet İttifaqı Qəhrəmanına təqdim etdilər. Hər bir instansiyadan keçdikcə mənə məlumat verirdilər. Getdi, çıxdı SSRİ Ali Sovetinə. Bu vaxtı 1945-ci il qurtardı. Mənə məktub gəldi ki, "propol bez izvesti" itgin düşmüşdür. Almanlara əsir düşmüşdür. İmza yerində biri rus, biri erməni göstərilirdi. Hamımız məətəl qadıq. Bu necə işdir? Müharibədən sonrada mən şöbə komandiri idim. Bir gün növbətçi dalımca gəlib dedi ki, geyin gedək qərargaha. Gəldim, dedilər otur, oturdum. Məni canlı görəndən sonra M. Bağırova da məlumat verdilər.

1946-cı ilin aprel ayında çayın qırağında oturmuşdum. Gördüm bir rus qaça –qaça gəlib mənə dedi ki, muştuluq ver, dedim ki, verərəm.

O, dedi:

- And iç, ondan sonra!

Dedim:

-Həyatıma and olsun sənə yarım litr araq verərəm.

O, dedi ki, axşam sənə Lenin ordeni verilməsi ilə əlaqədar

Fərman veriblər.

Sonra mən serjant ola – ola polkovnik məzuniyyəti verdilər -45 gün…

-1954-ci ildə indiki, Gəncə Kənd Təsərrüfatı Akademiyasına imtahan verib qəbul olundum. Evimizdə vəziyyət ağır olduğundan 1959-cu ildə aqronomluq fakültəsinin qiyabi şöbəsinə keçdim. Elə həmin il Masallı Rayon Partiya Komitəsi məni yolladı o vaxtkı "Pravda" kolxozuna. Təsərrüfatda baş aqronom kimi fəaliyyətə başladım. Əlbətdə, burada işləmək çətin məsələ idi. Ona görə ki, kolxoz Ümumittifaq məkanında heyvandarlıq və əkinçilik sahəsində qabaqcıl təsərrüfat sayılırdı. Azərbaycan KP MK kolxoz əməkçilərinə daim minnətdarlığını bildirirdi və bu barədə qəzetlərdə şəkillər də çap olunurdu. 1960-cı ilin aprel ayında kolxozda qarğıdalı əkdirirdim. Bir dəfə bizim kolxoza raykomun 1-ci katibi gəldi və iş başında məndən xəbər aldı ki, münbit torpağa nə qədər qarğıdalı səpilir, ağır torpaqlara nə qədər? Məndə cavab verdim ki, münbit torpaqlarda 5 -7 sm, ağır torpaqlarda isə 5 santmetrdir… 1-ci katib Qəzənfər Mamedov, 2-ci katib Digahlı Əlihüseyin Əliyev idi. Sən demə katiblər hər yerə gediblər, ancaq məndən soruşulan sualın cavabını düzgün almamışlar. Təkcə Masallı rayon Təklə kənd təsərrüfatı idarəsinin rəisi Əfsər Bağırov düzgün cavab veribmiş. Bu hadisədən bir az sonra yaşadığım kəndin " Sovet Azərbaycanı" kolxozunun sədirliyi boşaldı. Birinci katib Masallı Rayon Partiya Komitəsinin büro üzvü və "Pravda" kolxozunun direktoru Qəni Əmiraslanovdan xahiş edir ki, onu həmin kolxoza sədr göndərək. Həmin vaxtı da çöllərdə əkinçiliyin qızğın vaxtıydı. Hər gün axşamkı "naryadlarda" (tapşrıqlarda) qarğıdalı bitkisinin yaxşı becərilməsi tapşırılırdı, bir də gördüm Qəni əmi deyir:

- Atabala, hardasan, səhərdən səni axtarıram, - söhbətinin canını söylədi:

-Təqdimat yazıb raykoma vermişəm. Dedi ki, sabahdan yeni iş yerinə get, "Sovet Azərbaycanı" kolxozunda sədr işləyəcəksən…

Belə də oldu. Bu minvalla 3 il sədr işlədim, sonra qarmaqarışıqlıq düşdü, işdən çıxdım, yenə gəldim Qəni əminin kolxozuna… 1963 -cü ildən 1968-ci ilə kimi yenə aqronom işlədim, həmçinin victimai əsaslarla ilk partiya təşkilatının katibi işlədim.

Biri –birindən maraqlı, yaddaqalan tədbirlər oldu. Onlardan biri də bolqarların təsərrüfatımıza gəlişi idi. Qonaqların arasında xarici jurnalistlər, adlı –sanlı təsərrüfat rəhbərləri də vardı. Təcrübə mübadiləsi etdik. Kolxoz təsərrüfatımızı bəyəndilər. Şəkillər çəkdirdik, qonaqlıqlar etdik. Bolqarlar bizə xalça hədiyyə etdilər. Qeyd edim ki, həmin il hər adambaşına 7 kiloqram taxıl böldük, mərci, pul… Bu kənddə həmişə bolluq yaranırdı.

Müharibə dövrü olduğuna Talış kəndlərinin adamlarıda buraya çörək dalınca gələr, ailə dolandırardılar. Kolxoz sədri Qəni əmi də onlara qayğı göstərərdi, və həmin adamlar indi də Çaxırlı kəndində məskunlaşmışlar. Bütün yaxşı xüsusiyyətlərinə görə həmişə Qəni kişinin ruhuna salavat çevirirəm, rəhmət göndərirəm.

Zaman olub ki, bu kişinin xeyirxah əməli məndən də yan keçməyib. Yaşadığım bu evi o, mənə bəxş edib, onula çalışdığım vaxtda evim oldu və indi oturduğum həyət – bacama görə yalnız Qəni Əmiraslanova minnətdaram. Oğlu Hakim müəllimi görəndə üzündən öpürəm, bağrıma basıram. Çünki, onun atası adamları acından ölməyə qoymurdu, çörək verirdi ki, yaşasınlar. Yaşadılar da… Amma başqa kəndlərdə adamların çoxu aclıqdan öldülər, elələrini lap həyətdə dəfn edirdilər…

Təklə kəndinin adamları ərizə verib "Pravda" kolxozuna birləşdilər ki, zəmanənin çətinliklərindən yaxa qurtarsınlar, Qəni Əmiraslanovun yaxşılığına tuş gəlsinlər və belə də oldu…

Onun sayəsində Sosialist Əməyi Qəhrəmanları adına, Lenin ordeninə, medallara layiq görülənlər tapıldı, Ali Sovetin Deputatı seçildilər , Rayon Partiya Komitəsinin büro üzvü oldular. Heyvandarlıq sahəsi elə bir həddə çatdı ki, bütün dünyada tanındı...

Bildirək ki, 15 mart 2014-cü il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Böyük Vətən Müharibəsi veteranı, " İgidliyə görə" və o vaxtların məşhur Lenin ordenli Atabala Həzi oğlu Hacıyevin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub...

Həmin vaxtı tədbiri giriş sözü ilə Masallı rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Məmmədağa Şiriyev açaraq tədbir iştirakçılarını salamlamış və yubiliyarı təbrik edərək onunla olan xoş xatirələrini bölüşmüşdür.

Sonra Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova rayon İcra hakimiyyətinin başçısının adından yubliyarı təbrik edərək mükafatlandırmişdır.

Tədbirdə iştirak edən yubiliyarın nəvələri, rayonun ziyalıları, ağsaqqalları və qonaqlar yubiliyar barədə ətraflı söhbət etmiş və təbriklərini söyləmişlər.

Rayonun ağsaqqal ziyalısı, Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov təbrikə qoşularaq yubiliyarla olan keçmiş xatirələrini bölüşmüşdür.

Gələn qonaqlardan Respublika Veteranlar Şurasının baş mütəxəssisi Adil Babaşov çıxış etmiş və yubiliyarı təbrik edərək ona ən xoş arzularını söyləmişdir.

Masallı şəhər Gənclər Mərkəzində Atabala Hacıyevin yubileyinə həsr olunmuş təbdir rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında rəngarəng musiqilərlə yekunlaşmışdır.

Sonda tədbir iştirakçıları Atabala Hacıyevin yubileyini çay süfrəsində davam etdirmişlər.

Sizin Reklam Yeriniz