Əlaqə Arxiv
news Image
2015.02.04
10:35
| A A A
Obamadan şok etiraf

Ukraynada hakimiyyət dəyişikliyində rəsmi Vaşinqtonun rolu olub.

Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, ABŞ prezidenti "CNN"də Farid Zakarianın qonağı olub.

Obama proqramda etiraf edib ki, Ukraynada hakimiyyət dəyişikliyində rəsmi Vaşinqtonun rolu olub.

"Cənab Putinin Krım və Ukrayna barədə verdiyi qərarlar strateji bir həmlə deyildi. Sabiq Ukrayna prezidenti Yanukoviçin ölkədən qaçması və maydan aksiyaları ilə ölkədə hakimiyyət dəyişikliyində bizim vasitəçi olmağımıza qəfil yaxalandı".

Xatırladaq ki, Kiyevdə etiraz aksiyalarının çoxaldığı bir vaxtda Kreml buna görə ABŞ-ı ittiham etmişdi. Rəsmi Vaşinqton isə bu iddiaları dəfələrlə təkzib etmişdi.

Obamanın bu etirafı ABŞ ictimaiyyətində şok effekti yaradıb.

Sizin Reklam Yeriniz